“Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub

“Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub

“Neftçi” İdman Klubunun idmançıları ötən il ərzində iştirak etdikləri yarışlarda ümumilikdə 1001 medal qazanıblar.

"QELEBE.AZ" xəbər verir ki, bu medallardan 337-si qızıl, 303-ü gümüş, 361-i isə bürünc medaldır.

Kubun istifadəsində olan idman qurğularında idmanın 26 növü üzrə bölmələrdə 2000-dən çox yeniyetmə və gənc idmanla məşğul olub.

Paytaxt təmsilçiləri bu il Olimpiya və paralimpiya oyunlarında, dünya və Avropa çempionatlarında inamla mübarizə apararaq tarixi nailiyyətlər qazanıblar. Ötən il Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında “Neftçi” İdman Klubunun cüdoçusu Hidayət Heydərov Olimpiya çempionu tituluna sahib olub. Bununla da o, bir ildə Avropa, dünya və Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb. Yunan-Roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasının bürünc medalını qazanıb.

Fransanın paytaxtı Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunlarında "Neftçi"nin üzvləri 4-ü qızıl, 2-si gümüş və 5-i bürünc olmaqla 11 medal əldə ediblər.

İdmançılardan İmaməddin Xəlilov, Səid Nəcəfzadə, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva 1 qızıl, 1 gümüş, Raman Saley 1 gümüş, 2 bürünc, Sabir Zeynalov, Vəli İsrafilov və İlham Zəkiyev isə bürünc medala sahib olub.

İmaməddin Xəlilov həmçinin Dünya Taekvondo Federasiyası tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.

“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında tarixi uğura imza atıblar. Belə ki, Eldəniz Əzizli, Nihat Məmmədli və Ülvü Qənizadə mundialda inamla çıxış edərək dünya çempionu olublar. Eldəniz Əzizli bununla da Azərbaycanın güləş üzrə ilk dördqat dünya çempionu kimi adını tarixə yazdırıb.

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Fərdi
Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

ABŞ-ın məşhur güləşçiləri Con Smit və Salli Robertson Bakıya gəlib

Fərdi
"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Fərdi
Azərbaycanın bədii gimnastları dünya çempionatına yollanıb

Azərbaycanın bədii gimnastları dünya çempionatına yollanıb