ARAF ötən ilin yekunları ilə bağlı tədbir keçirib, yeni baş katib bəlli olub

ARAF ötən ilin yekunları ilə bağlı tədbir keçirib, yeni baş katib bəlli olub

Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) 2024-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirib.

Dövlət Sərhəd Xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Elçin Quliyev, İdarə Heyətinin üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Gənc nəsilin sağlam ruhda yetişdirilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı Elçin Quliyevin açılış nitqində xüsusi vurğulanıb.

Federasiya prezidenti milli idman irsini inkişaf etdirmək, beynəlxalq səviyyədə uğur qazanmaq və atçılıq idmanını ölkədə daha geniş yaymaq üçün səy göstəriləcəyinə əminlik ifadə edib.

Tədbirin davamında federasiyanın baş katibi Bəhruz Nəbiyev tərəfindən 2024-cü ilin ən yaxşılarının mükafatlandırılma mərasimi təşkil olunub.

Mükafatlandırma mərasimindən sonra Fərid Qayıbov çıxış edərək ARAF-nin 2024-cü il ərzində əldə etdiyi uğurları yüksək qiymətləndirib, atçılıq sahəsində görülən işlərin Azərbaycanın milli idman irsini inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayaraq federasiyanın beynəlxalq səviyyədə uğur qazanmaq və ölkəmizi layiqincə təmsil etmək istiqamətində həyata keçirdiyi təşəbbüslərin əhəmiyyətindən danışıb.

Tədbirin ikinci hissəsində keçirilən iclasda 2025-ci il üçün federasiya qarşısına qoyulan hədəf və məqsədlər açıqlanıb, növbəti ilin planları müzakirə olunmuş və keçiriləcək tədbirlər, eləcə də yarışlar haqqında ətraflı məlumat təqdim edilib.

Tədbir iştirakçıları 2024-cü ilin uğurlarını qeyd edərək, növbəti ildə yeni zirvələrə çatmaq əzmini ifadə ediblər.

Hazırkı baş katib Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasına prezident seçildiyinə görə, ARAF-nin yeni baş katibi vəzifəsinə Emil Seyidovun namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, Emil Seyidov ARAF-nin yeni baş katibi seçilib.

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Fərdi
Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

Fərdi
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Fərdi
Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Fərdi
Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır