ABF rəsmisi: "FIBA Çempionlar Liqasının pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq"

ABF rəsmisi: "FIBA Çempionlar Liqasının pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq"

FIBA Çempionlar Liqasının pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında FIBA Çempionlar Liqasının ilk pley-in oyununun Bakıda keçiriləcəyinə münasibət bildirərkən deyib.

O, təşkilatçılıqla bağlı təcrübəyə malik olduqlarını bildirib:

“Türkiyə Basketbol Federasiyası və “Aliağa Petkim Spor” klubu bizə müraciət etdi. Komanda Bakıya yanvarın 5-də gələcək. Təşkilatçılıq baxımından təcrübəmiz var. “Sabah” klubu avrokuboklarda oynayıb. Bu səbəbdən xarici komandanın gəlişi, qidalanması, akkreditasiyası və başqa məsələlərlə bağlı təcrübəyə malikik”.

O, federasiya tərəfindən lazımi işlər görüldüyünü vurğulayıb:

“Bildiyiniz kimi, İsrail və Türkiyə klubları neytral meydanda qarşılaşırlar. “Aliağa Petkim Spor” Azərbaycanda basketbolun inkişaf etdiyini nəzərə alaraq bizə müraciət edib. Komanda ev oyununu Azərbaycanda, səfər matçını isə Macarıstanda keçirəcək. İlk iki oyunda hesab bərabər olarsa, üçüncü görüş yenidən Azərbaycanda keçiriləcək. Bu matç yanvarın 22-də baş tutacaq. Təşkilatçılıqla bağlı heç bir problem olmayacaq. Federasiya tərəfindən lazımi işlər görülür. İstər rəsmi, istər qeyri-rəsmi olaraq klublarla təmasdayıq. Hakimlər, oyuna gələcək nümayəndə bəllidir. Pley-in matçının Bakıda keçirilməsi Azərbaycanın basketbol tarixində önəmli hadisə olacaq. Çünki Çempionlar Liqası FIBA-nın nüfuzlu turnirlərindən biridir. Bütün azarkeşləri yanvarın 7-də, saat 19:00-da Bakı İdman Sarayına dəvət edirəm”.

Qeyd edək ki, FİBA Çempionlar Liqasında yanvarın 7-də Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu Bakıda baş tutacaq. İki görüşə hesab bərabər olarsa, yanvarın 22-də üçüncü oyun da məhz Bakıda baş tutacaq.

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

AVRO-2023: Azərbaycanın voleybol millisi ilk məğlubiyyətini alıb

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura start verilib

Azərbaycan Basketbol Liqasında X tura start verilib

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb