Fərid Qayıbov: "İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"

Fərid Qayıbov: "İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"

İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib.

"QELEBE.AZ"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, ölkə başçısının ötən gün idman ictimaiyyəti ilə görüşünə toxunub:

"Artıq 27 ildir bu ənənə davam edir. Mən elə ölkə tanımıram ki, hər dəfə ilin sonunda prezident idmançılarla görüşsün, onları mənzillərlə təltif etsin. Prezidentin də qeyd etdiyi kimi ilin ən vacib yarışı Yay Olimpiya Oyunları idi. Bunu Tokio olimpiadası ilə müqayisə etsək, həmin vaxt qızıl medalsız qaldığımızı deyə bilərik".

F.Qayıbov Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunları barədə danışıb: "Bu il iki qızıl mükafat əldə etməyimiz və ilk dəfə medal sıralamasında 30-cu olmağımız çox yaxşı nəticədir. Bütün ölkələr pandemiya dövrü keçib. Bəzi idmançılarımız karyeralarını bitiriblər. Yeni idmançılar üzə çıxmağa başladı. Onların yüksək səviyyəyə çatması üçün vaxt lazımdır. Biz həm də ilk dəfə olimpiadada 15 idman növündə təmsil olunurduq. Batut gimnastikasını xüsusi qeyd etmək istəyirəm. Hər dəfə bunu vurğulayıram. Düzgün iş getsə, nəticə qazanmaq olar. Mən də Azərbaycan Gimnastika Federasiyasında çalışmışam. Babut gimnastikası 2014-cü ildən inkişaf etməyə başladı. Həmin vaxt ölkəmizi Rusiyada böyümüş idmançı təmsil edirdi. Avropa Oyunlarında medalçımız da olmuşdu. Daha sonra azyaşlı uşaqları inkişaf etdirməyə başladıq. Həmin gimnastlardan biri, Selcan Mahsudova 10 ildən sonra olimpiadada mübarizə apardı. Bu idman növündə tarixçəsi olan bəzi ölkələr iki idmançı ilə təmsil olunurdulər. Yalnız 16 iştirakçı var idi. Bizim üçün böyük uğur idi. Cənab Prezident də vurğuladı ki, yeni idman növlərimizdə yaxşı nəticələrimiz var. 2024-cü ildə cüdoçumuz Hidayət Heydərovun (73 kq) nəticəsini xüsusi vurğulamaq istəyirəm. O, təqvim ilində Avropa, dünya və olimpiya çempionluğunu qazandı. Azərbaycanda bunu bacaran digər idmançı tanımıram. İnanıram ki, növbəti illərdə belə idmançılarımızın sayı çox olacaq".

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
Dünyada ilin məşqçisi açıqlanıb

Dünyada ilin məşqçisi açıqlanıb

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Futbol
Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Konfrans Liqası: Daha 2 komanda pley-offda, "Sivasspor" lider olub

Futbol
"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

Futbol
"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

"Turan Tovuz"un legioneri: "Özümə yeni ev tapdığım üçün xoşbəxtəm"

Futbol
Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb