Azərbaycan badminton millisinin baş məşqçisi: "Bizim yer aldığımız qrup daha çətindir"

Azərbaycan badminton millisinin baş məşqçisi: "Bizim yer aldığımız qrup daha çətindir"

Bizim yer aldığımız qrup daha çətindir.

Bunu "Report"a açıqlamasında Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.

Mütəxəssis 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək Avropa çempionatındakı rəqiblər barədə danışıb. O, Azərbaycan yığmasının ev sahibi olduğundan qarışıq komandaların qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə qazandığını xatırladıb:

"Avropanın ən güclülərindən olan digər 7 komanda isə dekabrda təsnifat mərhələsini uğurla başa vuraraq həlledici məhələyə yüksəlib. Püşkatmaya gəlincə, müqayisə etsək, bizim yer aldığımız birinci qrup daha çətindir. Son çempion Danimarka və İngiltərə yığmaları ilə bir qrupda yer almağımız belə düşünməyə əsas verir. İspaniya yığması da güclü rəqibdir. Artıq oyunların təqvimi də məlumdur. Fevralın 12-də ilk matçımız heyətində olimpiya çempionları yer alan Danimarka millisinə qarşı olacaq. İkinci görüşümüz İngiltərəyə, sonuncu isə İspaniyaya qarşı olacaq. Qrupda yer alan rəqiblərin hər birinin heyətində olimpiadanın mükafatçıları və iştirakçıları yer alıb. Demək olar ki, hər 5 kateqoriya üzrə dünyada “top-10”da yer alan badmintonçular var".

Baş məşqçi dünya badminton ictimaiyyətinin diqqətinin Bakıya yönələcəyini vurğulayıb:

"Düşünürəm ki, Bakı İdman Sarayında olimpiya çempionlarını izləmək azarkeşlərə də maraqlı olacaq. Bu səviyyədə yarışın ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkə badmintonu üçün böyük hadisədir. Çünki burada təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilir. Azərbaycanı bu cür mötəbər turnirdə layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, reqlamentə görə bir badmintonçu maksimum iki kateqoriyada mübarizə apara bilər. Təbii ki, yüksək səviyyəli rəqiblərlə qarşılaşmaq bizim üçün ilk növbədə böyük təcrübə olacaq. Müqayisəli götürsək, rəqiblərin heyəti daha genişdir. Məsələn, Danimarkada ikiqat olimpiya çempionu Viktor Akselsen yalnız kişilərin şəxsi yarışında mübarizə aparacaq. Eynilə də digərləri yalnız bir kateqoriya üzrə qüvvəsini sınayacaq. Bizdə isə bu baxımdan rotasiya imkanları geniş deyil. Amma yenə deyirəm, səviyyəli badmitonçuların Azərbaycana gəlişi bizim idmançılar üçün böyük fürsətdir. Bu cür turnirlər həmçinin badmintonun inkişafına, kütləviliyin, marağın artmasına təkan verir".

O, dekabrın 16-dan təlim-məşq toplanışına start verdiklərini diqqətə çatdırıb:

"Qitə çempionatına hazırlıq məqsədilə ilk mərhələdə Bakıda, ardınca ölkə xaricində təlim-məşq toplanışlarımız nəzərdə tutulub. İlk mərhələdə daha çox fiziki hazırlıq üzərində işləyəcəyik. İkinci mərhələdə isə artıq texniki-taktiki hazırlığa üstünlük veriləcək”.

Qeyd edək ki, I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son Avropa çempionu Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.

Fərdi
Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Azərbaycan yığmasının baş məşqçisi: “Hər kəs işin ciddiyyətinin fərqindədir”

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Fərdi
Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Karlsenin şahmat tacı uğrunda oyundan imtinası rəsmiləşib

Fərdi
Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Fərdi
Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avropa Çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub