"Qarabağ"ın 5 oyunluq cəzalandırılan baş məşqçisi: "Hakim "Sabah"la oyunu birtərəfli idarə etdi"

"Qarabağ"ın 5 oyunluq cəzalandırılan baş məşqçisi: "Hakim "Sabah"la oyunu birtərəfli idarə etdi"

Hakim "Sabah"la oyunu birtərəfli idarə etdi.

Bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov deyib.

Mütəxəssis U-17 Liqasında keçirilən "Sabah"la matçın 57-ci dəqiqəsində hakimləri və AFFA-nı təhqir etməsi məsələsinə aydınlıq gətirib:

"Rəqibin futbolçusuna bir neçə epizodda qırmızı vərəqə göstərmədi və ciddi qayda pozuntusu olduğu halda "Sabah"ın qapısına penalti vermədi. Bir müddət sonra dözə bilməyərək dedim ki, "korsan?!" İnanın, meydanda çox biabırçı vəziyyət yaranmışdı. İdarəçilik çox aşağı səviyyədə idi".

O, uduzduqları (1:2) qarşılaşma zamanı AFFA barədə heç bir söz demədiyini vurğulayıb:

"Mənim etirazım və narazılığım hakimlə bağlı olub, sözümü də demişəm. Orada AFFA-nın adı çəkilməyib. Yəqin hakimlər öz adlarını təmizə çıxartmaq üçün AFFA-nın adından istifadə ediblər".

R.Sadiqov bəzən hakimlərin kobud rəftarları ilə qarşılaşdıqlarını söyləyib:

"Aşağı yaş qruplarının oyunlarına təyinat alan hakimlərin bir qismi insanla çox kobud rəftar edirlər. Təbii ki, bu mövzunu hamısına şamil etməyim doğru olmaz. Aralarında çox yaxşı idarəçilik qabiliyyəti olan və ünsiyyət yaratmağı bacaranları var. Hansı ki, məğlub olduğumuz qarşılaşmalardan sonra yaxınlaşıb, onlarla çox mədəni formada sağollaşmışıq. Lakin bəziləri var ki, məşqçilərlə xoş olmayan tərzdə davranırlar. Xahiş edərdim ki, onlarla bağlı ölçü götürülsün. Meydanda mübarizə aparan yeniyetmə futbolçuların üstünə qışqırmaq olmaz. Təəssüf ki, biz belə halların şahidi oluruq. Bu məsələləri nəzarətə götürmələrini istəyərdim".

Qeyd edək ki, AFFA İntizam Komitəsi qarşılaşma zamanı hakimləri və federasiyanı təhqir etməsini əsas gətirərək, Rəşad Sadiqovu 5 oyunluq cəzalandırıb.

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Azərbaycan millisinin baş məşqçisi: "Polşa ilə oyun bizim üçün vacibdir"

Futbol
Cerrard "Aston Villa"nın baş məşqçi vəzifəsindən kənarlaşdırılıb

Cerrard "Aston Villa"nın baş məşqçi vəzifəsindən kənarlaşdırılıb

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

Futbol
Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Azərbaycan millisinin baş məşqçisi: "Daha yaxşı oynamalıyıq"

Futbol
“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib

“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol
DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Portuqaliya millilərinin start heyətləri bəlli olub

Futbol
“Sabah”ın baş məşqçisi: “Bir və ya iki futbolçu ilə güclənə bilərik”

“Sabah”ın baş məşqçisi: “Bir və ya iki futbolçu ilə güclənə bilərik”