Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyinə yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyinə yekun vurulub.
"Report" xəbər verir ki, 3 gün davam edən yarışda 6 idman klubundan 95 gimnast müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparıblar.
Alətsiz, top, halqa və gürzlər proqramlarında rəngarəng çıxışlarla yadda qalan idmançılar öz məharətlərini nümayiş etdiriblər.

https://qelebe.az//uploads/photo/bedii-gimnastika-uzre-xxix-baki-chempionati-ve-birinciliyine-yekun-vurulub.webp











