“Hypers Guba”nın sabiq baş məşqçisi texniki məğlubiyyətə görə klub rəhbərliyini günahlandırıb

“Hypers Guba”nın sabiq baş məşqçisi texniki məğlubiyyətə görə klub rəhbərliyini günahlandırıb

Azərbaycan II Liqasında çıxış edən “Hypers Guba”nın sabiq baş məşqçisi Zaur Hidayətov AFFA İntizam Komitəsinin komandaya verdiyi texniki məğlubiyyətə görə rəhbərliyi günahlandırıb.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında XI turda “Dinamo” ilə oyunda adı protokolda olmayan futbolçunun meydana çıxmasına və bu səbəbdən komandanın cəzalanmasına görə rəhbərliyin məsuliyyət daşıdığını söyləyib.

O, protokolu, ümumiyyətlə, görmədiyini bildirib:

“Protokol işinə baş məşqçi baxmır. Açığı, protokolu, ümumiyyətlə, görməmişəm. Mən, sadəcə, heyəti yazıb göndərmişdim. Protokol rəhbərlik tərəfindən kompüter vasitəsilə doldurulur. Siyahıya həmin futbolçunun da adını yazmışdım. Amma onu əlavə etməyi unudublar. Komandada cəmi 13-14 nəfər var. Çox adam yoxdur ki, səhv edəsən. Heyəti göndərmişəm, özləri doldurublar”.

Qeyd edək ki, Quba təmsilçisinə Azərbaycan I Liqasının XI turunda “Dinamo” (1:4) ilə oyunda adı protokolda olmayan futbolçu Nail Təhməzlinin meydana buraxılmasına görə matçdakı hesab saxlanılmaqla texniki məğlubiyyət verilib. Zaur Hidayətov bu görüşdən sonra istefa verib.

Futbol
Dünya çempionatı Mərakeşdə keçiriləcək

Dünya çempionatı Mərakeşdə keçiriləcək

Futbol
"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

Futbol
Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Ruslan Abışov: "Karyeramı pul qazanmaq üçün davam etdirmirəm"

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Qurban Qurbanov: "Şahruddin Məhəmmədəliyev çox dilxordur"

Futbol
Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Futbol
DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

Futbol
Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"