Azərbaycan millisinin baş məşqçisi: "Rusiya yığmasına məğlub olsaq da, qızlar yaxşı çıxış etdilər"

Azərbaycan millisinin baş məşqçisi: "Rusiya yığmasına məğlub olsaq da, qızlar yaxşı çıxış etdilər"

Rusiya yığmasına məğlub olsaq da, qızlar yaxşı çıxış etdilər.

"QELEBE.AZ" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən yoldaşlıq oyunundan (0:1) sonra deyib.

Mütəxəssis məğlubiyyətə baxmayaraq, komandanın yaxşı çıxış etdiyini vurğulayıb:

“Çox yaxşı oyun alındı. Rusiya yığması həm fərdi, həm də komanda keyfiyyətinə görə güclüdür. Rəqibi təhlil edib, matça ciddi hazırlaşmışdıq. Düzdür, bir neçə zədəli futbolçumuz var. Sərgilənən oyuna əsasən məğlubiyyət bizi məyus etdi. Rusiya yığması hansısa düşünülmüş hücumla yox, bizim səhvimizdən qol vurdu. Komandamıza təşəkkür düşür. Uduzsaq da, qızlar çox yaxşı çıxış etdilər. Bəzi anlarda üstünlük bizim tərəfimizdə olurdu. Yaxşı mübarizə apardıq, aqressivlik var idi, meydanın hər qarışı uğrunda mübarizə gedirdi. Təəssüf ki, hücumda çoxala bilmirdik. İkinci matça daha yaxşı hazırlaşacağıq. Məqsədimiz Bakıya qələbə ilə dönməkdir”.

Qeyd edək ki, Azərbaycan və Rusiya milliləri arasında ikinci yoldaşlıq görüşü dekabrın 2-də “Soçi” klubunun məşq bazasında keçiriləcək.

Futbol
Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Futbol
DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

DÇ-2022-də stadionun sökülməsinə başlanılıb

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanılıb

ABŞ millisinin futbolçusu 5 dollara görə saxlanılıb

Futbol
Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Futbol
Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Futbol
“Qəbələ” İdman Klubu Nəriman Abbasovla müqavilənin müddətini uzadıb

“Qəbələ” İdman Klubu Nəriman Abbasovla müqavilənin müddətini uzadıb

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb

Futbol
"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər

"Qarabağ"ın futbolçusu karyerasını Rusiyada davam etdirə bilər