"Qarabağ"ın prezidenti: "Komandamla fəxr edirəm"

"Qarabağ"ın prezidenti: "Komandamla fəxr edirəm"

Komandamla fəxr edirəm.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” – “Qarabağ” matçından (1:2) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, xalqımızı 8 noyabr – Zəfər Günü, həmçinin komandanı Avropa Liqasının yeni formatda keçirilən əsas mərhələsində ilk qələbə münasibətilə təbrik edib:

“Xalqımızı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzun qazandığı qələbənin ildönümü ərəfəsində “Qarabağ” növbəti qalibiyyətini əldə etdi. “Bodo Qlimt”ə qarşı səfərdəki matç çox ağır oldu. Rəqibin nə qədər güclü komanda olduğunu Avropa Liqasının liderləri sırasında yer alması da göstərir. “Bodo Qlimt” güclü rəqabətin olduğu Norveç çempionatında da liderdir. İlk üç turda uduzmayan, “Porto” kimi adlı-sanlı bir klubu məğlub edən komanda ilə qarşılaşırdıq. “Bodo Qlimt” ilk məğlubiyyətini komandamızdan aldı. Komandamla fəxr edirəm. Üstəlik, süni meydanda oynamalı olduq. Lakin rəqibin kimliyindən asılı olmayaraq, həmişə olduğu kimi, komandamıza inamımız böyük idi. Möhtəşəm mübarizə və qələbəyə görə futbolçularımıza təşəkkür edirəm. Çətin şimal səfərində komandamızı tək qoymayan azarkeşlərə də minnətdaram. Çox çətin oyunda vacib qələbə qazandıq. Bu komandaya inamım sonsuzdur. Mərhələnin sonuna qədər daha 4 oyunumuz var. Əminəm ki, komandamız gözəl oyunu ilə azarkeşlərimizi sevindirməkdə davam edəcək. Nəticələrdən asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, ötən gün Norveçdə keçirilən "Budyo Qlimt" - "Qarabağ" matçı Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

“Səbail”in kapitanı: “Hamımız gözləyirik ki, Argentina finalda uduzsun”

Futbol
"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

Futbol
"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

Futbol
“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

“Sumqayıt”ın yoxlama görüşündəki rəqibi dəyişib

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Türkiyə Super Liqası: Mövsümün ilk İstanbul derbisi qolsuz başa çatıb

Futbol
"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

Futbol
DÇ-2022: Kanada və Mərakeş millilərinin ilk “11-lik”ləri bəlli olub

DÇ-2022: Kanada və Mərakeş millilərinin ilk “11-lik”ləri bəlli olub

Futbol
"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

Futbol
İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

İngiltərə klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb