"Sabah"ın idman direktoru: "Bazel"ə qarşı oyunlar komandamız üçün böyük təcrübə oldu"

"Sabah"ın idman direktoru: "Bazel"ə qarşı oyunlar komandamız üçün böyük təcrübə oldu"

"Bazel"ə qarşı hər iki oyun komandamız üçün böyük təcrübə oldu.

Bunu "Report"a açıqlamasında "Sabah"ın idman direktoru İqor Ponomaryov klubun U-19 komandasının UEFA Gənclər Liqasının II təsnifat mərhələsində İsveçrə təmsilçisi "Bazel"ə qarşı keçirdiyi matçları dəyərləndirərkən deyib.

64 yaşlı mütəxəssis cavab görüşünün ilk hissəsində komandanın rəqibdən bir qədər çəkindiyini düşünür:

"Sabah" - "Bazel" matçını stadiondan izlədim. Onu deyim ki, birinci və ikinci oyun bir-birindən çox fərqlənirdi. Fikrimcə, ilk görüşdə buraxılan erkən qol komandanı bir qədər ruhdan saldı və bu da sonrakı dəqiqələrdə futbolçulara psixoloji cəhətdən mənfi təsir göstərdi. Cavab oyununun ilk hissəsində rəqibin üstünlüyü var idi. Bir neçə qol imkanları yaratdılar. Bizim də şanslarımız oldu. Komandamız ilk hissədə sanki rəqibdən bir qədər çəkinirdi. İkinci hissədə isə daha yaxşı çıxış etməyə başladılar. Qol vəziyyətləri yaratdılar və artıq rəqib əks-hücumlara üstünlük verməyə məcbur oldu. Fasilədən sonrakı çıxış göstərdi ki, oynaya bilərik. Düzdür, ikinci hissədə rəqib daha bir qol vurdu. Bu qolda qapıçı ilə müdafiəçi arasındakı anlaşılmazlıq rol oynadı. Standart vəziyyətdən fərqlənsək də, qol fürsətlərimiz oldu. Lakin təəssüf ki, istifadə edə bilmədik".

Azərbaycan millisinin sabiq baş məşqçisi növbəti mövsümdə yarışda iştirak şansı qazanacaqları təqdirdə komandanın daha inamlı olacağına ümid edir:

"Hər iki oyun komandamız üçün böyük təcrübə oldu. Növbəti mövsümdə də bu yarışda iştirak etmək şansı qazansaq, uşaqlar daha təcrübəli, psixoloji cəhətdən hazırlıqlı və inamlı olacaqlar. Bu müddətdə özlərini bir az da inkişaf etdirərək, başqalarından zəif olmadıqlarını göstərəcəklər. Ona görə də dayanmaq olmaz, daim çalışmaq və irəli baxmaq lazımdır".

Qeyd edək ki, UEFA Gənclər Liqasında "Bazel"lə ilk matçda qapısından 6 cavabsız qol buraxan "Sabah" ikinci oyunda 1:2 hesabı ilə məğlub olub.

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

"Neftçi"nin legioneri: "Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək"

Futbol
FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

Futbol
Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Futbol
Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Futbol
Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Futbol
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"