Fərid Qayıbov: "Gimnaziadada qazanılan nəticə yeniyetmə idmanımızın göstəricisidir"

Fərid Qayıbov: "Gimnaziadada qazanılan nəticə yeniyetmə idmanımızın göstəricisidir"

Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir.

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan təmsilçilərinin çıxışı ilə bağlı yazıb.

Nazir ötənilki gimnaziadada iştirak etmədiklərini xatırladıb:

"Öncəki yarışda ölkəmiz cəmi iki medal qazanmışdı. Bu dəfə isə 160 idmançı ilə 16 idman növündə iştirak edən ölkəmiz 23-ü qızıl, 26-sı gümüş və 28-i bürünc olmaqla, ümumilikdə 77 medal qazandı, ölkəmiz ümumi sıralamada 7-ci yeri tutdu. Bədii və aerobika gimnastikası, boks, güləş, taekvondo, qılıncoynatma, cüdo, paracüdo və paraüzgüçülükdə medallar qazanıldı. Bu nəticə yeniyetmə idmanımızın göstəricisidir. Şübhəsiz ki, xarici ölkələrdən olan həmyaşıdları ilə tanışlıq əlaqələri qurmaq, bu cür multi-idman yarışında beynəlxalq təcrübə qazanmaq onlar üçün böyük önəm daşıyır".

F. Qayıbov yunan-Roma güləşçilərinin Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında üç qızıl medal qazanmasına da toxunub:

"Yunan-Roma güləşçilərimizin 3 qızıl medalla dünya çempionu olmaları, Eldəniz Əzizlinin 4-cü dəfə dünya çempionluğu da sevindirici oldu. İdman tariximizdə ilk dəfə olaraq qadın güləşçimiz Jalə Əliyevanın 23 yaşadək idmançılar arasında dünya çempionluğu, atıcılıq üzrə gənclər arasında dünya çempionatında İmran Qarayevin qızıl medal qazanması, idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kubokunda Nikita Simonovun, "Böyük Dəbilqə" turnirində cüdoçumuz Zelim Tçkayevin qızıl medalları və digər uğurlar oktyabr uğurlarının bir hissəsidir. Komanda növlərində də "Azərreyl"in çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi olması, region komandası olan Mingəçevir “Kür”ünün kişi həndbolçular arasında Avropa Kubokunun 3-cü mərhələsinə yüksəlməsi də nailiyyətdir. Dünya birinciliyində gənc boksçularımızın uğurlu çıxışları da sabaha inamı möhkəmləndirdi. Gənclərdən ibarət millimiz ilk dəfədir ki, yalnız bir dünya çempionatında 5 medal qazanmağı bacardı. Bütün idmançılarımızı uğurları münasibətilə təbrik edirəm".

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Ukrayna ruslara görə Avropa çempionatından imtina edib

Fərdi
"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

Fərdi
Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib