Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında finala yüksəlib.
"QELEBE.AZ"un məlumatına görə, idmançı lentlə hərəkətlərdə təsnifat mərhələsini 29.950 xalla 3-cü pillədə başa vurub.
Qeyd edək ki, Ağamirova ötən gün halqa ilə hərəkətlərdə 6-cı olub.

https://qelebe.az//uploads/photo/dunya-chempionati-azerbaycan-gimnasti-finala-yukselib.webp











