"Sumqayıt"ın baş məşqçisi: "Ribaundları uduzduq və bu da rəqibin fərqi artırmasına səbəb oldu"

"Sumqayıt"ın baş məşqçisi: "Ribaundları uduzduq və bu da rəqibin fərqi artırmasına səbəb oldu"

Ribaundları uduzduq və bu da rəqibin fərqi artırmasına səbəb oldu.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksandr Mixaylov Azərbaycan Basketbol Liqasının III turunda "Şəki" ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis rəqibin hücumlarının daha dəqiq olduğunu vurğulayıb:

"Oyunçular belə vəziyyətlərdə bir-birinə dəstək olmalıdır. Rəqibin də oyununu təqdir etmək lazımdır. Əla hücumlar qurdular. Dəqiqlik faizləri də yüksək idi. Biz isə dəfələrlə hücumdan boş dönürdük. Nəyisə dəyişmək istədik, bir ara xal fərqinin də çox da artmasına imkan vermədik... Nəsə bəhanə axtarmağa dəyməz. Belə çətin vəziyyətlərdə oyuna tam köklənmək lazımdır. Məğlubiyyəti kənardan izləmək üzücüdür. Epizodik məqamlarda yaxşı oynadıq, amma ümumilikdə zəif təsir bağışladıq. Bəli, zədəli oyunçularımızın yoxluğu da müəyyən mənada öz sözünü dedi. Bəlkə də onlar meydanda olsaydı, qarşımızda fərqli mənzərə yaranacaqdı. Amma istənilən halda xarakter nümayiş etdirmək lazımdır".

Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan "Şəki" - "Sumqayıt" görüşü meydan sahiblərinin 101:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda
Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında 7-ci turun daha iki oyunu keçirilib

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Mingəçevirdə suda kütləvi üzmə yarışı keçirilib

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub