Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziyadada iştirak edəcək

Azərbaycan güləşçiləri Bəhreyndəki Gimnaziyadada iştirak edəcək

Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət yığması Bəhreynin paytaxtı Manamada məktəblilər arasında keçiriləcək Gimnaziyadada iştirak edəcək.

"QELEBE.AZ" xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Hüseyn Hüseynov (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov, Fərid Ağasızadə (hər ikisi 65 kq), Nihad Abasov, Rəşad Veysəlov (hər ikisi 71 kq), Nihad Süleymanlı (80 kq), Fərhad Süleymanlı (92 kq) və Hakim Tağıyev (110 kq) sərbəst güləşçilərin mübarizəsində yer alacaq.

Güləş üzrə yarışlar Gimnaziyadanın son günlərində (28-30 oktyabr) baş tutacaq.

Böyük məşqçi Rövşən Umudov qızların yarışına Nəzrin Əhmədli (43 kq), Fatimə Bayramova (53 kq),Esra Məmmədli və Fidan Babayeva (hər ikisi 57 kq) ilə çıxacaq.

Yunan-Roma güləşçilərinin mübarizəsində isə böyük məşqçi Taleh İsrafilovla məşqçi Rasim Ağayevin tapşırıqlarını Hüseyn Əliyev (45 kq), Şahid Nəbiyev (48 kq), Elşad Abbasov, Nihat Bəhmənov (hər ikisi 51 kq), Turan Daşdəmirov, Əmrah Əmrahov (hər ikisi 55 kq), Nihat Tağıyev (60 kq), Akif Nəcəfli (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev, Emil Abasov (80 kq), Səid Paşayev (92 kq) və Mikayıl İsmayılov (110 kq) icra etməyə çalışacaq.

Yarışda I dərəcəli hakim Kamran Əliyev və II dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.

Qeyd edək ki, oktyabrın 24-dən 30-dək keçiriləcək Gimnaziadada 71 ölkə təmsil olunacaq.

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Fərdi
EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

MOK rəsmisi: "Azad edilmiş ərazilərdə mütləq idman infrastrukturu da olacaq"

Fərdi
Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Fərdi
Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Baş məşqçi: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir"

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Fərdi
ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"