"Sərhədçi"nin baş məşqçisi komandanın hazırlığını dəyərləndirib

"Sərhədçi"nin baş məşqçisi komandanın hazırlığını dəyərləndirib

"Sərhədçi" basketbol klubunun baş məşqçisi Evren Alkaya "Abşeron"la keçirilən yoldaşlıq görüşündən sonra komandanın hazırlığını dəyərləndirib.

"Report" xəbər verir ki, klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis matçın əvvəlində yaxşı oynamadıqlarını bildirib.

O, sonradan toparlandıqlarını vurğulayıb:

“Çox mübarizəli oyun oldu. İki komanda da çempionata hazır görünürdü. Bu matçlar komandalara müsbət təsir edir. Biz hesabda geri düşdük. Matçın əvvəlində hücumlara çıxış yaxşı alınmadı. İlk yarının sonuna qədər istədiyimiz kimi oyun göstərib bərabərliyi təmin etdik. Birinci hissədən sonra da düşündüyümüz hücumları həyata keçirib qalib gəldik".

Məşqçi yaxşı mübarizə üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib:

“Abşeron”u çox yaxşı gördüm. Erhan Koç komandanı yaxşı hazırlayıb, çempionata rəng qatacaqlarını düşünürəm. Onlara uğurlar arzulayıram. Biz də yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım yaxşı mübarizə apardılar. Bu gün meydanda “döyüşən” komanda var idi. Qazandıq və buna sevinirəm”.

Qeyd edək ki, yoldaşlıq görüşü "Sərhədçi" klubunun 82:71 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın həndbolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Avstriya ilə həlledici oyuna çıxacaq

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”

Millinin keçmiş oyunçusu: “Barselona”ya qol vuran ilk azərbaycanlıyam”