"Araz-Naxçıvan"ın kapitanı: "Azərbaycan millisinə dəvət almağım mənim üçün ikiqat sevincli oldu"

"Araz-Naxçıvan"ın kapitanı: "Azərbaycan millisinə dəvət almağım mənim üçün ikiqat sevincli oldu"

Azərbaycan millisinə dəvət almağım mənim üçün ikiqat sevincli oldu.

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yarımmüdafiəçi dəvətlə bağlı təəssüratlarını bölüşüb:

“Milli futbolçunun karyerasının ən uca, pik, qürur nöqtəsidir. Arzum idi ki, nə vaxtsa mən də ölkənin əsas komandasına dəvət alım, oynamaq şansı qazanım. Əlbəttə, futbol camiəsi də bilir ki, mən hansı yolları keçmişəm, necə çətinliklərə qalib gələrək buna nail olmuşam. Ona görə də mənim üçün ikiqat sevincli oldu. “Araz-Naxçıvan”dakı kollektivimin əməyi danılmazdır. Onlara da təşəkkür edirəm. Bu gün komanda uğurlu qrafik cızmasaydı, nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni də dəvət etməzdilər. Bu dəvət bir kollektivin uğurudur".

29 yaşlı futbolçu millini qarşıda çətin oyunlar gözlədiyini vurğulayıb:

"Millimizi qarşıda iki çətin oyun gözləyir. Düzdür, tanıyanlar bilir ki, meydanda mənim üçün rəqibin kimliyi önəm daşımır. Əsas olan öz oyunun, komandan üçün bacardığının ən yaxşısını etməkdir. Bir yolumuz var: özümüzə və gördüyümüz işə inanmalı, qələbə qazanmaq üçün inamla mübarizə aparmalıyıq. Şans veriləcəyi təqdirdə yaxşı tərəfdən seçilməyə çalışacağam”.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 11-də Tallində Estoniya, ayın 14-də isə Bakıda Slovakiya kollektivlərinə qarşı mübarizə aparacaq.

Futbol
"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

"Neftçi" əzmkar qələbə ilə liderliyə yüksəlib

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Futbol
PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

Futbol
"Qızıl top" mükafatının qalibi bəlli olub

"Qızıl top" mükafatının qalibi bəlli olub

Futbol
İranda tanınmış futbolçular tutulub

İranda tanınmış futbolçular tutulub

Futbol
İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

Futbol
Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Futbol
Ronaldu klub karyerasında 700-cü qolunu vurub

Ronaldu klub karyerasında 700-cü qolunu vurub