"Tottenhem"ə qarşı oynamış futbolçu: İnanıram ki, "Qarabağ" ən yaxşı matçlarından birini göstərəcək

"Tottenhem"ə qarşı oynamış futbolçu: İnanıram ki, "Qarabağ" ən yaxşı matçlarından birini göstərəcək

İnanıram ki, komandamız ən yaxşı oyunlarından biri sərgiləyəcək və ən azından bir xal əldə edə biləcək.

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov "köhlən atlar"ın İngiltərədə yerli "Tottenhem" komandasına qarşı keçirəcəyi Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu ilə bağlı danışarkən deyib.

35 yaşlı keçmiş yarımmüdafiəçi 2015-ci ildə eyni turnirdə Londonda bu rəqibə qarşı oynadığını xatırladıb:

"Hesabı açsaq da, yekunda 1:3 hesabı ilə məğlub olduq. Həmin dönəmdə də meydan sahiblərinin heyətində məşhur futbolçular var idi. İndi isə həmin heyətdən çox az oyunçu qalıb. Amma rəqib İngiltərə təmsilçisidir və səfərdə oynayacağıq. "Qarabağ"ın bu matça çox ciddi hazırlaşdığını düşünürəm. Məncə, komanda Bakıya xal və xallarla qayıtmaq üçün əlindən gələni edəcək. Çox çətin olacaq, ağır qarşılaşmadır. Amma püşk atılanda "Tottenhem"i kənara qoymuşduq. Bu, başqa səviyyədə olan kollektivdir. Lakin "Qarabağ" da artıq öz səviyyəsini göstərib. Avropada yetərincə təcrübəsi var".

2006-2013 və 2015-2018-ci illər aralığında Ağdam təmsilçisinin formasını geyinmiş İsmayılov Azərbaycan çempionunda çox şeyin dəyişdiyini vurğulayıb:

"O vaxt iki ildən sonra Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq. Komanda bu uğuru təkrarlaya bilməsə də, yetərincə təcrübə toplayıb, keyfiyyətli futbolçuları var. Oyun sistemi dəyişib, daha sürətli və fəal oynayırlar. Futbol inkişaf etdikcə, "Qarabağ" da buna uyğunlaşır və nəticələr qazanır. İngiltərədə ab-hava həmişə möhtəşəm olub. Orada II və III liqalarda da azarkeşlər möhtəşəmdir. Amma təmsilçimiz belə görüşlərdə çox iştirak edib. Əsas odur ki, "Qarabağ" yaxaladığı şanslardan maksimum istifadə edə bilsin. Real danışsaq, meydan sahibləri matçın favoritidir".

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Futbol
Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Futbol
“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

“Qarabağ”ın qələbəsi Azərbaycanın UEFA reytinqindəki xalını artırıb

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Futbol
"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" legioneri ilə müqavilənin müddətini uzadıb

Futbol
Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Futbol
"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

Futbol
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"