Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi keçirilib

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi keçirilib

18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi baş tutub.

“QELEBE.AZ” xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan tədbirdə üç qrupda yer alacaq 12 komandanın oyun təqvimi bəlli olub.

Belə ki, A qrupunda "Turan", "QELEBE.AZ" İnformasiya Agentliyi, "Veteranlar", B qrupunda "Baku Tv", "Qoşabulaq", "Baku.ws", C qrupunda "AZƏRTAC", "Ardanış", "Zəfər 44", D qrupunda isə "Göyçə", "Nərimanlı" və AzTV kollektivləri güclünü müəyyən etməyə çalışacaq.

Reqlamentə əsasən qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq.

Turnirin açılış matçı sentyabrın 14-ü, saat 19:00-da "QELEBE.AZ" İnformasiya agentliyi və "Veteranlar" komandası arasında keçiriləcək.

Görüşlər Bakı Tennis Akademiyasının futbol meydançasında reallaşacaq.

Qeyd edək ki, turnir AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə uyğun olaraq, "Rakus.az" saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək. Ənənəvi futbol turnirinə informasiya dəstəyini “AZƏRTAC”, AzTV, “QELEBE.AZ” İnformasiya Agentliyi, "Baku TV", “Rakus.az” və “Manşet.az” saytları verəcək.

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

Komanda
ABL-də 12-ci tura Astarada yekun vurulub

ABL-də 12-ci tura Astarada yekun vurulub

Komanda
Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: Açılış oyununda "Sabah" qələbə qazanıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub