Azərbaycan şahmatçısı növbəti uğura imza atıb

Azərbaycan şahmatçısı növbəti uğura imza atıb

Azərbaycanın istedadlı şahmatçısı Xaqan Əhməd növbəti uğura imza atıb.

Şahmat Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Masters” turnirində çıxış edən şahmatçı beynəlxalq usta (International Master) adı üçün tələb olunan üçüncü normativi yerinə yetirib.

Təmsilçimizə beynəlxalq qrossmeyster olmaq üçün ilk normativi təsdiqləməyə cəmi yarım xal çatmayıb.

Şahmatçı açıqlamasında gələcək hədəflərindən danışıb:

“Əbu-Dabi turniri yaxşı keçdi. Hədəfim beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normativi yerinə yetirmək idi. Təəssüf ki, yarım xalım çatmadı. Amma həvəsdən düşmürəm. Şahmatı çox sevirəm, başa düşürəm ki, səylə çalışmağı davam etdirməliyəm, Hazırda arzum tezliklə beynəlxalq qrossmeyster olmaq və FIDE reytinqimi 2700 əmsala çatdırmaqdır. Bütün bunlardan sonra məqsədim milli komandada çıxış etməkdir”.

Xaqan Əhmədi çalışdıran məşqçi Rəsul İbrahimov onun perspektivini yüksək qiymətləndirib:

“Xaqanla ilk tanışlığım 2022-ci ilin sentyabrına təsadüf edir. İlk məşqdən onun barəsində çox müsbət fikirlərim yarandı. Yaşına görə yüksək erudisiyasını, şahmatda mübarizliyini xüsusi qeyd etməliyəm. Biz Orxan Abdulovla paralel olaraq Xaqanla işləməyə başladıq. Cəmi 5 ay ərzində şahmatçı əmsalını 2150-dən 2320-yə artırdı. 2023-cü ilin aprelində FIDE ustası adını qazandı. Cari ildə əsas hədəfimiz əmsalı 2400-ə çatdırmaq və beynəlxalq usta adına layiq görülmək idi. Xaqan ardıcıl iştirak etdiyi turnirlərdə yüksək nəticələrlə məqsədə nail oldu. 15-ə yaxın 2400 əmsala malik şahmatçını klassik oyunda məğlub etməklə böyük potensialının olduğunu təsdiqlədi. Ümid edirik ki, FIDE-nin Ümumdünya Şahmat Olimpiadası günlərində keçiriləcək konqresində beynəlxalq usta adı təsdiqlənəcək. 12 yaş 10 aylığında beynəlxalq usta olması nəticələrinin Teymur Rəcəbovla müqayisə olunmasına imkan verir. Bu normativləri Xaqan açıq beynəlxalq yarışlarda qazanıb. Azərbaycan Şahmat Federasiyası onun müəyyən yarışlarda iştirak etməsinə, eləcə də məşqçi ilə işləməsinə dəstək olur. Xaqanın qarşıya qoyulan böyük hədəflərə çatmaq üçün ayrıca sponsora ehtiyacı olduğunu düşünürəm”.

Qeyd edək ki, Xaqan Əhməd Azərbaycanın istedadlı şahmatçılarından sayılır. Cari ilin əvvəlində FIDE-nin təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib. O, 450 yeniyetmə arasından seçilərək əyani məşqlərə dəvət olunub.

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın qalibi olub

Azərbaycan karateçisi Premyer Liqanın qalibi olub

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Fərdi
Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Gənclər və İdman Nazirliyi "Heydər Əliyev İli" ilə bağlı videoçarx hazırlayıb

Fərdi
ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

ASAPES-də Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub

Fərdi
Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"

Çingiz Hüseynzadə: "İslamiadadakı medal sayımız 99 deyil, daha çoxdur"