Paris-2024: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazana bilməyib
Azərbaycan paraüzgüçüsü Könül Süleymanova Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
"QELEBE.AZ"un məlumatına görə, S2 kateqoriyasında çıxış edən idmançı 100 m məsafəyə arxasıüstə üzmədə təsnifat mərhələsində 4 dəqiqə 3.4 saniyə nəticə göstərib.
O, öz qrupunda 5-ci olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyindən finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

https://qelebe.az//uploads/photo/paris-2024-azerbaycan-parauzguchusu-finala-vesiqe-qazana-bilmeyib.webp











