Maksim Medvedev: "Zirə"nin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər

Maksim Medvedev: "Zirə"nin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər

"Zirə"nin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev deyib.

O, "Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Kiprdə "Omoniya"ya böyükhesablı məğlubiyyəti barədə danışıb:

"Şəxsi işlərim olduğuna görə oyunu canlı izləyə bilmədim. Bununla belə, nəticədən və görüşdə baş verənlərdən xəbər tutdum. 0:6 hesablı məğlubiyyəti qətiyyən gözləmirdim. "Zirə"də mənimlə əlaqəsi olan dostlarım var. Qarşılaşmadan əvvəl danışırdıq, özlərinə çox inanırdılar. Matç günü tribunalarda anşlaq oldu. Görünən odur ki, "Zirə"nin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər. Bu, psixoloji amildir. Mən özüm "Qarabağ"da "Omoniya"ya qarşı futbolçu kimi mübarizə aparmışam. Stadionda olan azarkeşlərin yaratdığı ab-hava inanılmazdır".

M.Medvedev hər yeni təsnifat mərhələsində rəqiblərin bir qədər də gücləndiyini söyləyib:

"Zirə" Avropa Liqasına çox yaxşı başlamışdı. Hətta səfərdə qələbə də qazandılar. Sadəcə, penaltilər seriyasında uduzmuşdular. Konfrans Liqsında da uğurlu qrafik cızdılar. Ancaq 0:6 hesablı məğlubiyyət çox üzücüdür".

Qeyd edək ki,"Zirə" və "Omoniya" arasında cavab matçı avqustun 29-da "Liv Bona Dea Arena"da keçiriləcək.

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Portuqaliyadan darmadağın, İsrail və Yunanıstan pley-offa vəsiqəni təmin edib

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

Futbol
Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Konfrans Liqası: "Başakşehir" 1/8 finala, "Fiorentina" pley-offa yüksəlib

Futbol
Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Futbol
Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"