"Qarabağ"ın akademiyasının futbolçuları "Dinamo"da təcrübə keçəcəklər

"Qarabağ"ın akademiyasının futbolçuları "Dinamo"da təcrübə keçəcəklər

"Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarının futbolçuları Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda təcrübə keçəcəklər.

Bu barədə "QELEBE.AZ"a Ağdam təmsilçisinin akademiyasının meneceri Nail Kərimov açıqlamasında bildirib.

Xorvatiya çempionunun bazasında olan klub rəsmisi səfərlə bağlı fikirlərini bölüşüb:

"Dinamo"nun akademiyasının səviyyəsi, demək olar ki, hamıya məlumdur. Rəhbərlik belə məsləhət gördü ki, oraya gedək, təcrübələrini bölüşək və öyrənək. Baza ilə tanış olduq, məşqlərə baxdıq. Onların yanaşmaları bizim üçün maraqlı idi. Həm komanda kimi, həm də futbolçuların fərdi inkişafı baxımından hansı məsələlərin üzərində dayandıqlarını bilmək istədik. İşin gedişatı müəyyən qədər bənzərdi. Amma yanaşmada müəyyən fərqlər var. Özümüz üçün qeydləri götürdük və gələcəkdə bu klubla qarşılıqlı görə biləcəyimiz işləri müzakirə etdik. Bir sözlə, səmərəli görüş oldu".

Nail Kərimov akademiyanın oyunçularının Zaqreb təmsilçisində təcrübə keçəcəklərini diqqətə çatdırıb.

"Təcrübə baxımından bunu mütləq edəcəyik. Bu barədə fikirləşmişik və əməli addımlar da atılacaq. Tək "Dinamo" ilə deyil, başqa bir neçə klubla iş qurmaq niyyətindəyik. Bir həftə və ya on gün də olsa, futbolçuların, məşqçilərin o fərqləri görməsini istəyirik. Artıq müəyyən danışıqlar olub. Xorvatiyada yerində danışıqlar oldu. Onlar da dedilər ki, məmnuniyyətlə qarşılamağa hazırıq".

Menecer 18 yaşı tamam olmayan futbolçunun xaricdə oynamasının isə ağır proses olduğunu vurğulayıb:

"Bunun üçün valideynlərin köçməsi də nəzərdə tutulmalıdır. Qeydiyyat işləri çox çətin olur. Yetkinlik yaşına çatmayan oyunçu başqa ölkəyə gedirsə, orada ilk səbəb futbol olmamalıdır. Başqa bir səbəbdən xaricə köçürlərsə, klubunu dəyişə bilər. Bizim klub olaraq 18 yaşı tamam olmayan futbolçunu harasa göndərməyimiz real deyil".

N.Kərimov "Qarabağ"ın U-19 komandasının "Dinamo"nun təşkilatçılığı ilə 2025-ci ildə Mladen Ramlyakın xatirəsinə həsr olunacaq beynəlxalq turnirdə iştirak edə biləcəyini diqqətə çatdırıb.

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Futbol
Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək

Millətlər Liqası: İtaliya İngiltərəni, Almaniya Macarıstanı qəbul edəcək

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

Futbol
Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Neftçi" "Sumqayıt"ı qəbul edəcək

Futbol
İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

İlqar Nadiri: "Stadion məsələsi ən yaralı yerimizdir"

Futbol
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Futbol
Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Futbol
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq

Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
Təbriz klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub

Təbriz klubundan ayrılan Kurban Berdıyevin yeni komandası bəlli olub