Azərbaycanın MMA döyüşçüləri Əbu-Dabidəki dünya çempionatında medallar qazanıblar

Azərbaycanın MMA döyüşçüləri Əbu-Dabidəki dünya çempionatında medallar qazanıblar

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə IMMAF (International Mixed Martial Arts Federation) tərəfindən təşkil olunan yeniyetmələr arasında qarışıq təkbətək döyüş növü - MMA üzrə dünya çempionatı keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, turnirdə 54 ölkədən 900-dən çox idmançı mübarizə aparıb.

Dünya birinciliyində ölkəmizi 21 idmançı, 7 beynəlxalq lisenziyalı məşqçi və 2 beynəlxalq dərəcəli hakim təmsil edib.

Azərbaycan komandasının heyətində Kənan Quluzadə (12-13 yaş kateqoriyası, 37 kq), Esmira Bayramova (12-13 yaş kateqoriyası, 57 kq) və Cəfərsadiq Mirzəyev (16-17 yaş kateqoriyası, 61,2 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Ayan Sonayeva (12-13 yaş kateqoriyası, 52 kq) yalnız finalda uduzmaqla yarışı gümüş medalla başa vurub.

Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov qurumun rəsmi saytına açıqlamasında komandanın nəticəsini müsbət qiymətləndirib: “Artıq 15 ildir qarışıq təkbətək döyüş növləri üzrə MMA-nın inkişafı istiqamətinə müxtəlif səmərəli işlər görülür. İllər öncə məhz bizim federasiyanın dəstəyi ilə Bakıda MMA üzrə ilk dəfə Avropa çempionatı və Dünya Kuboku keçirilib. Əbu-Dabidə dünya birinciliyində 4 medal qazanmaqla düzgün yolda olduğumuz təsdiqləndi. Bildirmək istəyirəm ki, yarışda yüksək rəqabət olduğundan əksər ölkələr medalsız qaldı. Komandamızda mükafat qazanan uşaqlar yeniyetmə kateqoriyasında uğur əldə etməklə gələcəkdə gənclərdə də mübarizə aparmağa hazır olduqlarını göstərdilər. Qarşıda bizi böyüklərdən ibarət komandamızın noyabrda Özbəkistanda iştirak edəcəyi dünya çempionatı gözləyir. Bu yarışlarda da idmançıların uğurlu çıxış edəcəyinə ümid edirik".

Xatırladaq ki, IMMAF dünyanın ən nüfuzlu MMA təşkilatlarından biridir. Azərbaycanda İMMAF yalnız Azərbaycan MMA Federasiyasını rəsmi mümayəndəsi kimi tanıyır.

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərdi
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov ikinci final görüşünə çıxacaq

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının sentyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Şəkidəki ilk idman festivalından - Reportaj

Şəkidəki ilk idman festivalından - Reportaj

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Nodirbek Abdusattorov: "Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq"

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb