Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti: Paris-2024 bizim üçün daha uğurlu oldu

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti: Paris-2024 bizim üçün daha uğurlu oldu

Keyfiyyətinə görə, bu olimpiada bizim üçün daha uğurlu oldu.

"QELEBE.AZ"un Fransanın paytaxtı Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarındakı nəticələri haqda danışarkən deyib.

O, sabah 7-ci medalı qazanacağımıza inandığını deyib:

"Düşünürəm ki, Parisdə başqa yaxşı nəticələr də qazanmışıq. Basketbolçu qızların 7-ci yeri tutması, Amerika və Çin idmançılarına qalib gəlməsi çox böyük göstəricidir. Eyni zamanda gimnast qızlarımız 5-ci oldular. Bu da böyük uğurdur. Həmçinin atletikada Anna Skidanın nəticəsini qeyd etmək istərdim. Bu növdə finala çıxan idmançımız olmamışdı. Həmişə öyrəşdiyimiz güləşdə, taekvondoda, cüdoda deyil, artıq başqa idman növlərində də müəyyən uğurlarımız var".

Komitə rəsmisi güləşçilərdən gözlənilən uğuru görmədiklərini vurğulayıb:

"Əlbəttə, daha yaxşı nəticələr gözləyirdik. Tokio-2020-də gümüş medal qazanmışdıq. Buna uğursuluq deməzdim. Müəyyən problemləri Azərbaycan millisində nəsillərin dəyişməsi ilə əlaqələndirərdim. Fikrimcə, yaş məsələsi də burada rol oynadı. Ümid edirəm yeni gənclər yetişəcək. Yeniyetmələr və gənclər arasında beynəlxalq yarışlarda gözəl nəticələr əldə etmişik".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.

Fərdi
Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Fərdi
"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

Fərdi
Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Fərdi
Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Azərbaycanın şahmat millisi dünya çempionatında növbəti görüşlərini keçirəcək

Fərdi
Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri Sloveniyaya yollanıblar

Fərdi
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Fərdi
IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib

IBA Avropa çempionatında Ukrayna bayrağının qaldırılmasını qadağan edib