Paris-2024: Osman Nurmaqomedov üçün yarış mükafatsız başa çatıb - YENİLƏNİB

Paris-2024: Osman Nurmaqomedov üçün yarış mükafatsız başa çatıb - YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi- San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilməyib.

Onun həlledici mərhələyə gedən yolda İran güləşçisinə uduzması Osmanın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

15:20

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.

Nurmaqomedov rəqibinə məğlub olub - 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

14:27

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda San Marino təmsilçisi Maylz Nazem Amin ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Tanınmış idmançılar onları narahat edən məsələlərlə bağlı Atletlər Komissiyasını məlumatlandırıb

Fərdi
Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Dünya çempionatı: Azərbaycanın daha 2 güləşçisi yarımfinala çıxıb

Fərdi
Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Azərbaycan Şahmat Federasiyası dünya çempionatı üçün seçim turniri keçirir

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Fərdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

Fərdi
Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub