Paris-2024: Azərbaycanın daha bir güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB - 2

Paris-2024: Azərbaycanın daha bir güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİB - 2

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib.

Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, ötən gün digər güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Paris-2024 avqustun 11-də başa çatacaq.

15:16

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Leva ilə üz-üzə gəlib.

İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib. S.Süleymanov yarımfinalda qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

14:25

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 77 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb.

Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. S.Süleymanov 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gələcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Fərdi
Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Fərdi
Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Rafiq Hüseynov: “Azərbaycan yığması üçün rəqibin kimliyinin önəmi yoxdur”

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə birlikdə hazırlaşır