Norveç çempionatında VAR sistemi ləğv oluna bilər
Norveç Futbol Assosiasiyası VAR (Video Köməkçi Hakim) sistemindən imtina edə bilər.
"Report" xəbər verir ki, bu barədə "TV2.no" nəşri məlumat yayıb.
Məsələ, 2025-ci ilin martında keçiriləcək konqresdə müzakirəyə çıxarılacaq. Əksəriyyət qərarın lehinə səs versə, VAR ləğv olunacaq.
Qeyd edək ki, Norveçdə azarkeşlər bu sistemdən istifadə edilməsini istəmirlər.

https://qelebe.az//uploads/photo/norvech-chempionatinda-var-sistemi-legv-oluna-biler.webp











