Azərbaycanın yeniyetmə badmintonçuları beynəlxalq turnirdə bürünc medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları beynəlxalq turnirdə bürünc medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə 2 kateqoriya üzrə bürünc medal qazanıblar.

"QELEBE.AZ" xəbər verir ki, "Istanbul U17 Open” turnirinə 3 qız, 2 oğlan idmançı ilə qatılan komandamız Türkiyə, Serbiya, Fransa, Bolqarıstan, İngiltərə, Albaniyanı təmsil edən 17 yaşadək badmintonçuların turnirində oğlanların qoşa kateqoriyasında bürünc medala sahib çıxıb

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ülvi Hüseynov-Əmirxan İmanov tandemi ardıcıl 3 qələbə sayəsində yarımfinala yüksəlib.

Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Badminton Federasiyası ilə Malaziya Badminton Federasiyası arasında imzalanan memoranduma əsasən artıq ilyarımdır ki, dünyanın ən güclü badminton məktəblərindən sayılan Malayziyada xüsusi proqramla hazırlıq keçən Ülvi Hüseynov və Əmirxan İmanov oğlanların qoşa kateqoriyasında turnirin qalibi olan Fatih Erdoğan-Yigitcan Erol tandeminə 2 setdə uduzub – 15-21, 17-21.

Daha bir bürünc medal 13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında qazanılıb.

Yeniyetmə badmintonçumuz Ömər Teymurlu Bolqarıstan təmsilçisi Kalina Koseva ilə birgə müvafiq kateqoriyada ardıcıl olaraq 3 qələbə qazanaraq turnirin yarımfinalına kimi irəliləməklə mükafatçılar sırasında yer almağı bacarıb.

Fərdi
Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran gülləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycan gimnastı finala yüksəlib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşünə vəsiqə qazanıb