Azərbaycan millisinin baş məşqçisi: Macarıstanla oyunda qələbə qazanmaq istəyirik

Azərbaycan millisinin baş məşqçisi: Macarıstanla oyunda qələbə qazanmaq istəyirik

Öz meydanımızda keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaq istəyirik.

"QELEBE.AZ"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində Macarıstan yığmasına qarşı keçiriləcək oyunla bağlı deyib.

Mütəxəssis sabah çox vacib matça çıxacaqlarını bildirib: "Bundan öncə bir dəfə tarix yazmışıq. Pley-off mərhələsinə vəsiqə qazanmaq, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik. Rəqibin çox keyfiyyətli futbolçulardan təşkil olunduğunu bilirik. Hazırlığımızı da buna uyğun görürük. Təəssüf ki, iki oyunçumuz - Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər.

Qeyd edək ki, B liqasının V turunda keçiriləcək Azərbaycan – Macarıstan görüşü iyulun 12-də olacaq. “Liv Bona Dea Arena”dakı matç saat 20:00-da start götürəcək. Millimiz seçmə mərhələnin son turunda iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

"Qarabağ"ın legioneri: "Ölkə üçün çətin dönəmdir"

Futbol
AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Futbol
Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Ukraynalı futbol hakimi əsirlikdən azad edilib

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

Futbol
Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

Futbol
"Sabah"ın baş məşqçisi: "Oyunda mübahisəli anlar var idi"

"Sabah"ın baş məşqçisi: "Oyunda mübahisəli anlar var idi"

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir