İspaniya millisinin baş məşqçisi: Dahi 26 futbolçuya rəhbərlik etdiyim üçün çox şanslıyam
“Bir-birindən dahi 26 futbolçuya rəhbərlik etdiyim üçün çox şanslıyam”.
“Report” xəbər verir ki, bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Fransaya qarşı AVRO-2024-ün yarımfinal mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis finala vəsiqə qazandıqları üçün sevincli olduqlarını bildirib:
“Möhtəşəm qələbə qazandıq. Futbolçularıma əla oyuna görə dərin təşəkkürümü bildirirən. Bir-birindən dahi 26 futbolçuya rəhbərlik etdiyim üçün çox şanslıyam. İspaniya millisi gənc futbolçuları çoxluq təşkil edən və gələcəyi olan milli komandadır. Finala daha ciddi hazırlaşmalıyıq. Həlledici oyun daha fərqli olacaq”.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının yarımfinalında Fransaya qalib gələn (2:1) İspaniya finala vəsiqə əldə edib. Pireneylilərin finaldakı rəqibinin adına bu gün, saat 23:00-da start götürəcək Niderland - İngiltərə matçında aydınlıq gələcək.

https://qelebe.az//uploads/photo/ispaniya-millisinin-bash-meshqchisi-dahi-26-futbolchuya-rehberlik-etdiyim-uchun-chox-shansliyam.webp











