“Sabah”ın koordinatoru: İspaniyada bizdən daha güclü komandalar var idi

“Sabah”ın koordinatoru: İspaniyada bizdən daha güclü komandalar var idi

İspaniyada bizdən daha güclü komandalar var idi. Bizim qrupda ən güclü “Atletiko” klubu idi.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Sabah”ın koordinatoru Təbriz Həsənov klubun nəzdindəki U-10 komandasının İspaniyadakı “MadCup”, U-12 komandasının isə Türkiyədəki Yiğit Demirel beynəlxalq turnirlərindəki çıxışları haqda danışarkən deyib.

Mütəxəssis İspaniyada daha güclü rəqiblərin olduğunu vurğulayıb:

“Rizəyə getməli olduğum üçün Madridə yollana bilməmişdim. Amma komandamız İspaniyada yaxşı çıxış etdi. Dünya səviyyəli turnir idi. 100-ə yaxın komanda vardı. Onlar iki - Qızıl və Gümüş Liqaya bölünmüşdülər. U-10 komandamızın oyunlarını canlı izləmək imkanım vardı. “MadCup”da ilk dəfə çıxış edirdik. Təbii ki, nəticəni qənaətbəxş saymaq olar. Gümüş Liqada ikinci yer tutmaq uşaqlar üçün böyük nailiyyətdir”.

T.Həsənov Türkiyədəki yarışda 8 klubun iştirak etdiyini söyləyib:

“Rizədə bu turnir hər il keçirilir. Keçən il 2011 təvəllüdlü futbolçularımız orada çempion olmuşdular. Bu il yarışda bizimlə yanaşı, Türkiyənin “Trabzonspor”, “Samsunspor”, “Çaykur Rizəspor”, Qazaxıstanın “Astana”, Gürcüstanın “Dinamo” (Batumi) və başqa bir gürcü klubu, həmçinin Estoniyanın “Nımme Yunayted” komandaları iştirak edirdi. Format belə idi ki, hər qrupdan ilk iki yeri tutanlar çıxdıqdan sonra qalan dörd komanda öz aralarında yarışırdı. Biz yalnız “Samsunspor”a uduzduq, qalan bütün oyunlarda qələbə qazanıb çempion olduq”.

Klub rəsmisi daha bir neçə yarışa dəvət aldıqlarını nəzərə çatdırıb:

“Yeni mövsümün planlarına uyğun hərəkət edəcəyik. Əlbəttə, yarışlara dəvət var, onları dəyərləndirəcəyik. Hələ seçim edirik. Bəzən görürüsən ki, iki turnir eyni vaxta düşür. Son olaraq Belarusdan dəvət gəlib. Amma hazırlığımızın yarışın start tarixinə düşməsinə görə dəyərləndirməmişik. Uşaqları avqustda toplayacağıq. Qətərdən təklif gələ bilər. Gürcüstanda beynəlxalq turnirə dəvət olunmuşuq. Yaxşı turnirləri dəyərləndirəcəyik. Çünki uşaqlar inkişaf edir. Məsələn, son turnirdə Estoniya komandaları məni heyrətləndirdi. Turnirlərdə nələrsə görürsən, götürürsən. İstənilən halda, müəyyən təklifləri dəyərləndirəcəyik”.

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
2022-ci ilin simvolik komandası açıqlanıb

2022-ci ilin simvolik komandası açıqlanıb

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

Futbol
"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

"Real Madrid" Çempionlar Liqasında rekorda imza atıb

Futbol
Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Futbol
Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib