Azərbaycan üzgüçülük millisinin baş məşqçisi: Olimpiadaya vəsiqə qazanmağa ən real namizəd Ramil idi

Azərbaycan üzgüçülük millisinin baş məşqçisi: Olimpiadaya vəsiqə qazanmağa ən real namizəd Ramil idi

Kişilər arasında Paris Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa ən real namizəd Ramil Vəliyev idi.

Bunu “Report”a açıqlamasında Azərbaycanın üzgüçülük millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov Serbiyada keçirilən Avropa çempionatının nəticələrinə əsasən Paris-2024-ə lisenziya qazanan Məryəm Şeyxəlizadəxangah və Ramil Vəliyevin çıxışı barədə danışarkən deyib.

O, xüsusən iki qadın üzgüçü arasında sona qədər mübarizə getdiyini bildirib: “Avropa çempionatında 4 idmançımız - Ramil Vəlizadə, Rəşad Alquliyev, Məryəm Şeyxəlizadəxangah və Fatimə Alkərəmova iştirak edirdi. Bu, olimipiya oyunları öncəsi son yarış idi. Çalışırdıq ki, olimpiadada iştirakımızı təsdiqlədək. Qadınlar arasında əvvəl Fatimənin üstünlüyü var idi, amma yarışın son günlərində Məryəm olimpiya məsafəsində xal fərqi ilə onu üstələdi. 50 metr məsafəyə sərbəst üsulda 26.42 saniyə ilə 713 xal topladı. Fatimə isə 200 metr məsafəyə sərbəst üsulda 2.06 dəqiqə göstərici ilə 704 xal topladı. Ona görə də Məryəm olimpiadaya lisenziya qazandı”.

Mütəxəssis lisenziya qazana bilməyən üzgüçülərin öz rekordlarını yenilədiklərini vurğulayıb: “Rəşad Alquliyev özünün ən yaxşı göstəricisinə imza atdı. Yəni şəxsi rekordunu yenilədi. Buna uğursuzluq deyə bilmərəm. Əslində əvvəlkindən daha yaxşı nəticə göstərdiyi üçün uğur sayılır. Sadəcə, lisenziya üçün xalı çatmadı. Ramil və Fatimə yarımfinalda mübarizə apardılar. Bu da bizim üçün qənaətbəxş sayılır, inkişaf var. Yarımfinalda iştirak etmək, yüksək xal qazanmaq asan iş deyil”.

R.Əbdürrəmanov hər iki üzgüçüdən Paris-2024 ilə bağlı gözləntilərini açıqlayıb: “Həm Ramil, həm də Məryəmdən Yay Olimpiya Oyunlarında nəticələrini daha da yaxşılaşdırmalarını gözləyirəm. Yarımfinala qədər irəliləyəcəklərinə inanıram. Hə ikisi gəncdir, ümidim var. Olimpiadaya ən yaxşı idmançılar qatılır. Bununla belə, yaxşı nəticə əldə etmək istəyirik”.

Qeyd edək ki, Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının nəticələrinə əsasən, M.Şeyxəlizadəxangah və R.Vəlizadə rəsmi dəvət əsasında olimpiadaya vəsiqə qazanıblar. Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Fərdi
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Fərdi
Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Azərbaycan cüdoçusu: "Dünya çempionatına getsəydim, medal qazana bilərdim"

Fərdi
Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevi təbrik edib

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Fərdi
"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

"Mingəçevir Reqatası" başa çatıb, qaliblər mükafatlandırılıb

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb

Fərdi
Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Fərdi
"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

Fərdi
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub