Azərbaycanın yunan-Roma güləşi millisi Avropa çempionu olub

Azərbaycanının yunan-Roma güləşi millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Federasiyadan "Report"a verilən məlumata görə, böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yarışa qatılan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.

Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionluğunu qazanıb. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.

Beləliklə, U-17 yunan-Roma güləşi yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.

Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.

Qeyd edək ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub. Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Məmmədov 2-ci pillədə, Məmmədyarov yenə qələbəsiz qalıb

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Avropa çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək