“Cəbrayıl”ın baş məşqçisi: I Liqada ev oyunlarını Şamaxıda və ya “ASK Arena”da keçirməyi düşünürük

“Cəbrayıl”ın baş məşqçisi: I Liqada ev oyunlarını Şamaxıda və ya “ASK Arena”da keçirməyi düşünürük

I Liqada ev oyunlarını Şamaxıda və ya “ASK Arena”da keçirməyi düşünürük.

Bunu “QELEBE.AZ”a açıqlamasında növbəti mövsümdən I Liqada mübarizə aparmaq hüququ qazanan “Cəbrayıl” klubunun baş məşqçisi Cavid Hüseynov deyib.

Geridə qalan mövsümü dəyərləndirən mütəxəssis çox çətinliklərlə üzləşdiklərini söyləyib: “Komandanı formalaşdırmaqda gecikmişdik. İlk dövrəni başa vurduqdan sonra 14 futbolçu ilə yollarımızı ayırdıq. Demək olar, heyəti yenidən formalaşdırmağa başladıq. Maliyyə dəstəyimiz ilk vaxtlarda pis deyildi. Çempionatın sonuna doğru çatışmazlıqlar oldu. Buna baxmayaraq, futbolçularımız meydanda əllərindən gələni etdilər və məqsədimizə çataraq I Liqaya yüksəldik. Ümumilikdə çempionatdakı nəticədən çox da razı qalmadım. Çünki 6 oyunda məğlub olduq. Bu da bir təcrübə idi”.

Baş məşqçi I və II Liqaların fərqləri haqqında danışıb: “II Liqada bizdən başqa hər gün məşq edən, işinə peşəkar yanaşan komanda yox idi. Lakin I Liqada bir qədər peşəkarlıq var. Məsələn, futbolçular paralel olaraq digər çempionatlarda, minifutbol üzrə yarışlarda çıxış etmirlər. Həm də istər-istəməz keyfiyyət daha yüksəkdir”.

C.Hüseynov növbəti mövsümə hazırlaşmaq üçün büdcənin müəyyənləşməsini gözlədiklərini bildirib: “AFFA-nın ayırdığı büdcə I Liqada oynamaq üçün kifayət deyil. Vergiləri, uşaq futbolunu nəzərə alsaq, bizə cəmi 200 min manat pul qalır. Əlavə maliyyə dəstəyi axtarırıq. II Liqada 300 min manata yaxın pul xərcləmişdik. Üstəlik, I Liqada futbolçular daha yüksək maaş istəyəcəklər. Klubların sayı çox olduğu üçün oyunçuların seçimləri də var. Bəzi məsələlər qaranlıq qalıb. Xüsusən də büdcə bəlli olmalıdır ki, buna uyğun addımlar ataq. Bununla yanaşı, komandada gənc futbolçuların üstünlük təşkil etməsinin tərəfdarıyam”.

“Şamaxı Olimpiya İdman Kompleksi və “ASK Arena” ilə müqaviləmiz var. Maddi durumdan çox şey asılıdır. Məşq prosesini əvvəlki kimi “Neftçi”nin köhnə bazasında keçmək istəyirik. I Liqada ev oyunlarını Şamaxıda və ya “ASK Arena”da keçirməyi düşünürük”, - deyə 36 yaşlı mütəxəssis vurğulayıb.

Qeyd edək ki, "Cəbrayıl" II Liqada 2023/2024 mövsümünü ikinci pillədə bitirib. Komanda pley-off matçlarında "Araz Saatlı"nı məğlub edərək (2:0, 3:1) növbəti mövsümdən I Liqada mübarizə aparmaq hüququ qazanıb.

Futbol
İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

Futbol
"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

"Qarabağ"ın futbolçusu: "Bir xal da pis nəticə deyil"

Futbol
DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

Futbol
Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Futbol
XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

Futbol
Julen Lopeteqi ingilis klubu ilə anlaşıb

Julen Lopeteqi ingilis klubu ilə anlaşıb

Futbol
"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

"Sabah"ın qapıçısı Azərbaycan çempionatlarında əsrin rekordunu müəyyənləşdirib

Futbol
Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Futbol
“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Futbol
Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Futbol
AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib

AFFA və PFL rəhbərliyi Qərb bölgəsinə səfər edib