Azərbaycan badmintonçuları Türkiyədə 9 medal qazanıblar

Azərbaycan badmintonçuları Türkiyədə 9 medal qazanıblar

Azərbaycan badmintonçuları Türkiyənin paytaxtı Ankarada keçirilən “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”ndə 9 medal qazanıblar.

"Report" xəbər verir ki, yarışın son oyun günündə beş kateqoriya üzrə qaliblər müəyyənləşib.

5 kateqoriyadan 4-də finalda təmsil olunan Azərbaycan təmsilçiləri 2 qızıl, 3 gümüş və 4 bürünc mükafat əldə ediblər.

Kişi badmintonçuların şəxsi yarışında həlledici qarşılaşmada millinin lideri Edi Reski Dviçayo komanda yoldaşı Diki Pangestuya qalib gəlib.

Edi - Diki tandemi kişi badmintonçuların qoşa yarışında da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.

Qarışıq qoşa kateqoriyasında yarışan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra turniri gümüş medalla başa vurub. Keişa daha bir gümüş medalı qadın badmintonçuların şəxsi yarışında millimizin hesabına yazdırıb.

Bundan əlavə, Era Maftuha qadın badmintonçuların şəxsi yarışında, Diki Pangestu - Era Maftuha qarışıq qoşa, Leyla Camalzadə - Həcər Nuriyeva və Era Maftuha - Keişa Fatimə Zəhra qadınların qoşa mübarizəsində bürüncə medala yiyələnib.

Azərbaycan Badminton Fedarasiyasının prezidenti Taleh Ziyadov fəxri qonaq qismində “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin təltifetmə mərasimində iştirak edib.

Xatırladaq ki, türkdilli dövlətlər arasında ilk beynəlxalq turnir ötən il ölkəmizdə baş tutub. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan, Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən yarışda ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan badmintonçuları iştirak edib. Badmintonçularımız bu il olduğu kimi, 2023-cü ildə keçirilən turnirdə də 9 medal qazanmışdı.

Fərdi
Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Fərdi
Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Fərdi
Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Fərdi
Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Azərbaycanın iki cüdo hakimi B kateqoriyası alıb

Fərdi
"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1": Azərbaycan Qran-prisinə bilet satışının ilkin nəticələri açıqlanıb