Azərbaycan I Liqasına vəsiqə uğrunda ilk pley-off görüşü keçirilib
Futbol üzrə Azərbaycan I Liqasını 10-cu sırada başa vuran "Araz Saatlı" klubu II Liqanın ikincisi "Cəbrayıl" klubu ilə üz-üzə gəlib.
"QELEBE.AZ" xəbər verir ki, 2024/2025-cü illər mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü "ASCO Arena"da baş tutub.
Qarşılaşma "Cəbrayıl" kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyunun 15-də baş tutacaq. İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan I Liqasında çıxış etmək hüququ qazanacaq.

https://qelebe.az//uploads/photo/azerbaycan-i-liqasina-vesiqe-ugrunda-ilk-pley-off-gorushu-kechirilib.webp











