“Sumqayıt” klubunun tərcüməçisinin cəzalanmasının səbəbi müəyyənləşib

“Sumqayıt” klubunun tərcüməçisinin cəzalanmasının səbəbi müəyyənləşib

AFFA İntizam Komitəsinin “Sumqayıt” klubunun tərcüməçisi Şahin Abdullayevi 2 oyunluq cəzalandırmasının səbəbi müəyyənləşib.

Bunu “Report”a klubun mətbuat katibi Zaur Xudiyev açıqlayıb.

Z.Xudiyev tərcüməçinin topu kənara vurduğu üçün cəzalandığını bildirib: “Şahin Abdullayev baş məşqçi Samir Abasovun kömkçisidir, həmçinin tərcüməçi funksiyasını yerinə yetirir. Oyunun sonunda top bizim ehtiyat oyunçular skamyasına tərəf gəldi. Şahin də qeyri-ixtiyari olaraq topu meydanın kənarına vurdu. Bu, nümayişkəranə hərəkət deyildi. Sadəcə, topu kənara doğru göndərdi. Bundan sonra başda Urfan Abbasov olmaqla “Qəbələ”nin futbolçuları sərt etirazlarını bildirdilər. Baş hakim də yaxınlaşıb ona qırmızı vərəqə göstərdi. Hakim bunu protokola oyunun bərpasının ləngidilməsi kimi qeyd edib”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turu çərçivəsində baş tutan “Sumqayıt” – “Qəbələ” oyununun (1:0) 90+5-ci dəqiqəsində meydan sahiblərinin tərcüməçisi Şahin Abdullayevi oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırıb. “Sumqayıt” klubu isə 1000 manat cərimələnib.

Futbol
"Nant"ın futbolçusu "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

"Nant"ın futbolçusu "Qarabağ"a qarşı oynayacağı üçün sevinir

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Futbol
Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Futbol
Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

Marselo "Qarabağ"la oyunda iştirak etməyəcək

Futbol
AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

Futbol
Qurban Qurbanov: "Turan Tovuz"la oyunda 25-26 il əvvələ qayıtdım"

Qurban Qurbanov: "Turan Tovuz"la oyunda 25-26 il əvvələ qayıtdım"

Futbol
Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Höccət Haqverdi: "Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu"

Futbol
Çempionlar Liqası: Daha 5 komanda pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: Daha 5 komanda pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Braziliya millisinin sabiq baş məşqçisi qarət edilib

Futbol
Avropanın Top-5 liqalarının bu il transferlərə xərclədiyi məbləğ bəlli olub

Avropanın Top-5 liqalarının bu il transferlərə xərclədiyi məbləğ bəlli olub

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb