Azərbaycan millisinin üzvü: Qarşılaşdığımız komandalarla oyunumuz istənilən kimi alınmadı

Azərbaycan millisinin üzvü: Qarşılaşdığımız komandalarla oyunumuz istənilən kimi alınmadı

Qarşılaşdığımız komandalarla oyunumuz istənilən kimi alınmadı. Əlimizdən gələni etsək də, güclü müqavimət göstərə bilmədik.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Qızıl Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət millinin blokçusu Elmin Alışanov deyib.

O, yarışda Avropanın güclü komandalarının iştirak etdiyini bildirib: "Qızıl Avropa Liqasında Avropanın güclü komandaları iştirak edir. Həmçinin komandaların heyətindəki voleybolçular ən güclü klublarda çıxış edirlər".

E.Alışanov bu gün qarşılaşacaqları Estoniya millisi, eləcə də digər rəqiblər haqqında da danışıb: "Növbəti tur bu gün Estoniyada start götürəcək. Rəqiblərimiz ev sahibləri və Lüksemburq komandasıdır. Deyə bilərəm ki, Estoniya daha güclü rəqibdir. Çalışacağıq hər iki matçda yaxşı oyun göstərək. Düşünürəm ki, Lüksemburqa qarşı duel daha maraqlı keçəcək. Həmin görüşdə qalib gəlmək şansımız daha çoxdur. Bəzi oyunçular milliyə yeni cəlb olunublar, həmçinin komanda şəklində məşqlər üçün az zamanımız oldu. Yenə də çalışırıq ki, yaxşı çıxış edək. Son matçlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasının III turu çərçivəsində bu gün səfərdə Estoniya yığmasının qonağı olacaq.

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Azərbaycan Basketbol Liqasında iştirak edəcək klublar bəlli olub

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
"Murov" klubu Polşaya yollanıb

"Murov" klubu Polşaya yollanıb

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb

Azərbaycan millisinin voleybolçusu Rumıniya Super Kubokunu qazanıb