"Neftçi" 10300, "Sabah" 12700 manat cərimələnib

"Neftçi" 10300, "Sabah" 12700 manat cərimələnib

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 10300, "Sabah"ı isə 12700 manat cərimələyib.

"Report" xəbər verir ki, buna tərəflər arasında Premyer Liqanın XXXVI turunun matçında yaşananlar səbəb olub.

"Ağ-qaralar"ın futbolçusu Dieqo Valdes görüşün sonlarında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, paytaxt təmsilçisini 3000 manat ziyana salıb.

"Neftçi"nin istefaya göndərilən baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyi üçün 5 matçlıq diskvalifikasiya edilib, klub isə buna görə 4000 manat ödəməli olacaq.

Komandanın azarkeşləri meydana kənar əşyalar atdığına görə Bakı klubu 800 manat cərimələnib. Fanatların rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə isə əlavə 1000 manat cərimə kəsilib. Tərəflərin pirotexniki vasitədən istifadəsi ilə əlaqədar isə "Neftçi" 1500 manatından keçməli olacaq.

Bundan əlavə, "Sabah"ın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə ikisi şərti olmaqla 4 oyunluq cəza alıb. "Bayquşlar" 3000 manat cərimə edilib. Oyunçuya üç ay sınaq müddəti təyin olunub. Qonaqların digər legioneri Con İrasabal üçü şərti olmaqla 4 matçlıq diskvalifikasiya ilə üzləşib. Klub isə bu səbədən 3000 manat ödəyəcək. Abdulax Xaybulaev da eyni səbəbdən 4 oyunluq cəza alanların sırasına qoşulub və "Sabah"ı 3000 manat ziyana salıb.

Üç futbolçusu qırmızı vərəqə gördüyü üçün Premyer Liqa təmsilçisi əlavə 3000 manat ödəyəcək. Digər 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə isə 700 manatından keçməli olacaq.

Qeyd edək ki, rəqibini 1:0 hesabı ilə üstələyən "Sabah" UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Futbol
"Neftçi"nin daha bir legioneri zədələnib

"Neftçi"nin daha bir legioneri zədələnib

Futbol
DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

"Qarabağ"dan ayrılan hücumçu Fransa klubu ilə müqavilə imzalayıb - RƏSMİ

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

Futbol
Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Futbol
"Zirə"nin yunan legioneri: "Olimpiakos" favorit olsa da, "Qarabağ" rəqibə problem yaşadacaq"

"Zirə"nin yunan legioneri: "Olimpiakos" favorit olsa da, "Qarabağ" rəqibə problem yaşadacaq"

Futbol
UEFA assosiasiyalara xəbərdarlıq edib

UEFA assosiasiyalara xəbərdarlıq edib

Futbol
Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Konfrans Liqası: "Sivasspor" Rumıniya klubuna qalib gəlib

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür