Naxçıvanı "Şahin" hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub

Naxçıvanı "Şahin" hərbi-idman oyunlarında təmsil edəcək komanda məlum olub

Əlahiddə Ümumqoşun Ordunun N hərbi hissəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında "Şahin" hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "QELEBE.AZ"un yerli bürosuna verilən məlumata görə, muxtar respublikanın Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən yarışda rayon (şəhər) mərhələlərinin qalibləri iştirak ediblər.

Təşkilatçı qurumların, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, "Şahin" hərbi-idman oyununun təşkilində başlıca məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Yarış iştirakçıları sıra hazırlığı, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, intellektual müsabiqə, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Hər mərhələ 10 ballıq sistem üzrə qiymətləndirilib və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla ümumi şəkildə hesablanıb.

Qiymətləndirməyə əsasən, ən yüksək göstərici "Naxçıvan"a məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Ordubadı və Kəngərlini təmsil edən heyətlər yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar.

Qeyd edək ki, "Şahin" hərbi-idman oyununun ölkə üzrə final mərhələsi iyun ayında Bakı şəhərində reallaşacaq.

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb

Komanda
Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Biləsuvarda "Vətənin müdafiəsinə hazıram" adlı rayon birinciliyi keçirilib

Komanda
Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Atıcılıq üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan Azərbaycana keçib

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub