Azərbaycan millisinin sabiq futbolçusu: Premyer Liqada 10 komandanın qalmağı yaxşı oldu

Azərbaycan millisinin sabiq futbolçusu: Premyer Liqada 10 komandanın qalmağı yaxşı oldu

Azərbaycan Premyer Liqasında 10 komandanın qalmağı yaxşı oldu.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Mahmud Qurbanov deyib.

Veteran futbolçu çempionatın 2024/2025 mövsümündə eyni qaydada davam etməsinin doğru qərar olduğunu söyləyib: “Klub sayı 12-yə yüksəlsə, reqlament dəyişməlidir. Çempionat ya üç dövrədən ibarət formatda, ya da əvvəlki illərdək kimi "altılıq" sistemi ilə keçirilməlidir. Mənim futbol oynadığım dövrlərdə də "altılıq" sistemi olub. Fikrimcə, bu format bir o qədər effektli olmayıb. İlk "altılıq"da yer alan komandalar çempionluq uğrunda mübarizə aparır, ikinci "altılıq"da olanların görüşləri isə maraq kəsb etmirdi”.

51 yaşlı mütəxəssis turnir cədvəlində son pillədə qərarlaşan və yeni mövsümdən I Liqada çıxış etməsi dəqiqləşən "Qəbələ"nin durumuna da aydınlıq gətirib: "Qəbələ”nin I Liqaya getməsi üzücüdür. Lakin çempionat start götürəndə qeyd olunur ki, sonuncu pillənin sahibi Premyer Liqanı tərk etməlidir. Son iki ildə idman prisnipləri qorunur. Məncə, belə də olmalıdır. I Liqada layiqli mübarizə aparıb, yenidən Premyer Liqaya qayıtmaq olar. "Qəbələ"nin yaxşı gənc futbolçuları var”.

M.Qurbanov Azərbaycan millisinin boş qalan baş məşqçi postuna yaxın zamanda layiqli namizəd tapılacağına inandığını deyib: “Millinin baş məşqçisi bizim səlahiyətimizdə olan bir məsələ deyil. Buna AFFA rəhbərliyi qərar verəcək. Yəqin ki, yeni baş məşqçi əcnəbi olacaq. İnıram ki, xeyirlisi kimdirsə, onu da təyin edəcəklər”.

Futbol
FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

FIFA "Qalatasaray"a müvəqqəti transfer qadağası qoyub

Futbol
Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Futbol
"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

"Olimpiakos" ulduz futbolçunun müqaviləsini ləğv etmək istəyir

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
Belçika millisinin baş məşqçisi istefa verib

Belçika millisinin baş məşqçisi istefa verib

Futbol
"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

Futbol
Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Futbol
Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək

Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək