Azərbaycan millisinin məşqçisi: İstərdim ki, Premyer Liqada legioner limiti azaldılsın

Azərbaycan millisinin məşqçisi: İstərdim ki, Premyer Liqada legioner limiti azaldılsın

İstərdim ki, Premyer Liqada legioner limiti bir az da azaldılsın.

Bunu “QELEBE.AZ”a Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Dünən AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunan qərarlar barədə danışan mütəxəssis legioner limitinin "7+4" olaraq saxlanılmasının sevindirici məqam olduğunu bildirib: “2025/2026 mövsümündən limit "8+3" olaraq dəyişdiriləcək. Bu bir az çətinlik yarada bilər. Təbii ki, ona kimi hələ vaxt var. Gələcək üçün belə bir plan varsa, deməli, nələrisə düşünüblər. Bəlkə ona qədər Premyer Liqada komanda sayı da artacaq. Hər halda, nə edilirsə, planlı şəkildə olur. Lakin ümumilikdə Azərbaycan millisinin məşqçisi kimi yox, futbolun içində olan bir şəxs kimi istərdim ki, legioner limiti bir az da aşağı ensin. Yerli futbolçuların çox olması daha yaxşıdır. Arzum odur ki, gələcəkdə milli komandamızın heyətində xaricdə oynayan futbolçular çox olsun və legioner limitinin dəyişməsi bizə təsir etməsin”.

53 yaşlı mütəxəssis Premyer Liqada komanda sayının artırılmaması ilə bağlı qəbul edilən qərar barədə də danışıb: “İcraiyyə Komitəsinin üzvləri müzakirələrdən sonra bu qərarları veriblər. Hər biri əvvəlcədən düşünülüb, futbolumuza xeyir verə biləcək nə varsa, onlar qərara alınıb. Hər bir futbol adamı kimi biz də istərdik ki, komanda sayı artsın. Lakin dünənki iclasdan sonra izah verildi ki, infrastruktur və idman bazalarının yetərli sayda olmaması indiki vəziyyətdə say artımına mane olur. Bütün detallar nəzərə alınıb, günümüz üçün ən xeyirli qərarlar verilib”.

A.Əsədov 2024/2025 mövsümündən I Liqada çıxış edəcək “Qəbələ”nin daha yaxşı çıxış edəcəyinə inandığını söyləyib: "Qəbələ" ruhdan düşməməli, əksinə, daha da yaxşı oynamalıdır. Söhbət ölkədəki ən yaxşı idman ifrastrukturuna malik klublardan birindən gedir. I Liqada layiqli mübarizə aparıb, növbəti mövsümdən Premyer Liqaya qayıtmaq mümkün ola bilər. Əvəzedici komandadakı futboçlulara daha çox şans veriləcək. Bu da bir növ "Qəbələ"nin xeyrinə olan amillərdəndir. Dünya futbolunda belə hadisələr çox olur. "Yuventus" illər əvvəl aşağı liqaya düşsə də, bir mövsüm sonra A Seriyasına yüksəlməyi bacardı. "Qəbələ" Azərbaycan Premyer Liqasının son iki turunda qalib gəlib. Heyətə baxsaq, görərik ki, bir neçə gənc futbolçu meydana çıxıb. Demək ki, "Qəbələ"nin gənclərinə şans verilsə, daha yaxşı işlər bacararlar. Ümid edirik ki, I Liqada yaxşı mübarizə aparıb, Azərbaycan futboluna xeyir verəcəklər”.

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
"Real Madrid"in aparıcı futbolçusu millinin düşərgəsində zədələnib

"Real Madrid"in aparıcı futbolçusu millinin düşərgəsində zədələnib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

Futbol
Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqlayıb

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Futbol
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

Futbol
Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib

Ukrayna yığması İrəvanda Ermənistanı darmadağın edib