"Baku Fire"nin kapitanı: Uğurlu seriyanı Azərbaycan Kubokunda da davam etdirməyə iddialıyıq

"Baku Fire"nin kapitanı: Uğurlu seriyanı Azərbaycan Kubokunda da davam etdirməyə iddialıyıq

Bu uğurlu seriyanı ölkə kubokunda da davam etdirməyə iddialıyıq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında “Baku Fire”nin kapitanı Elvin Quliyev deyib.

O, sabah keçiriləcək Azərbaycan Kubokunun final matçı ilə bağlı fikirlərini bölüşüb: “Oyuna ciddi hazırlaşmışıq. Bu gün də yekun məşqimizi keçirdik. Hər iki komanda bir-birini yaxşı tanıyır. “Araz-Naxçıvan” ölkə çempionudursa, biz də Azərbaycan Kubokunun son qalibiyik. Yarımfinal oyununda bu titula iddialı “Neftçi” İK-nı məğlub etdik. Təbii ki, məqsədimiz qələbə qazanmaq və titulumuzu qorumaqdır. Heyətimiz demək olar ki, yerli futzalçılardan təşkil olunub və cari çempionatı yüksək səviyyədə keçirdik. Bu uğurlu seriyanı ölkə kubokunda da davam etdirməyə iddialıyıq. Oyuna tam hazırıq. Ümid edirəm ki, azarkeşlər və tamaşaçılar futzal adına baxımlı, maraqlı oyun izləyəcəklər. Fürstədən istifadə edib azarkeşləri matçı izləmək üçün Bakı İdman Sarayına dəvət edirik”.

Kapitan rəqib üçün sürprizlər hazırladıqlarını gizlətməyib: “Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq. Çempionat başa çatdıqdan sonra sırf bu oyuna hazırlaşmışıq. Final cəmi bir matçdan ibarətdir və hər zaman fərqli üslubda oynamağı tələb edir”.

Qeyd edək ki, həlledici görüşdə son çempion “Araz-Naxçıvan”la kubokun ötənilki qalibi, cari çempionatı ikinci pillədə başa vuran “Baku Fire” üz-üzə gələcəklər. “Baku Fire” ölkə kubokunu ilk dəfə 2023-cü ildə başı üzərinə qaldırıbsa, yarışın 5 qat qalibi “Araz-Naxçıvan” bu sevinci sönuncu dəfə 2008/2009 mövsümünün yekununda yaşayıb.

Futbol
Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Futbol
"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

Futbol
"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

Futbol
Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Millətlər Liqası: Bu gün Ukrayna millisi Şotlandiya ilə qarşılaşacaq

Futbol
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

Futbol
Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Futbol
Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Futbol
Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib