Fərid Qayıbov: “Prezident Kuboku 2024” reqatası idmançıların hazırlıq səviyyələrinin arıtırılması baxımından vacibdir

Fərid Qayıbov: “Prezident Kuboku 2024” reqatası idmançıların hazırlıq səviyyələrinin arıtırılması baxımından vacibdir

Bu cür yarışlar idmançıların hazırlıq səviyyələrinin arıtırılması baxımından vacibdir.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası barədə jurnalistlərə açıqlamasında deyib.

O, turnirdə iştirakçı ölkələrin sayının artmasının ürəkaçan olduğunu bildirib: "Belə olanda mübarizə də artır. Federasiyanı təşkilatçılığa görə təbrik edirəm. Yarış hər zaman olduğu kimi yüksək səviyyədə təşkil edilir. Artıq bizim avarçəkmə idman növündə olimpiadaya lisenziyamız da var. İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq. Burada iştirak edən idmançıların sayının növbəti ildə daha da çox olacağına ümid edirəm. Nəinki Mingəçevirdə, həmçinin Bakıda bu idman növünün bir bölməsi açılıb. Planda digər region və şəhərlərimizdə də kanoe və avarçəkmə üzrə bölmələrin açılması nəzərdə tutulub".

Fərid Qayıbov həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına Azərbaycan millisinin hələlik 18 lisenziya qazanmasına münasibət bildirib: “Təbii ki, çox da ola bilərdi. Üç və ya dörd lisenziya artıq ola bilərdi. Amma yenə də idmançılarımız mübarizə aparırlar. Bir neçə idman növündə proses gedir və bu bir ay ərzində tamamlanacaq. İdmançılarımıza fürsətdən istifadə edərək uğurlar arzulayıram. Bir az çətindir. İdmanımızda da müəyyən proseslər gedirdi. Bu yeni nəslin gəlməsi ilə bağlıdır. Yerli idmançılar çoxalır. İnanıram ki, 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək".

Qeyd edək ki, “Prezident Kuboku 2024” beynəlxalq reqatası bu gün başa çatacaq.

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Fərdi
Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Azərbaycan güləşçisi: "Zədə mənə problem yaradırdı"

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Fərdi
Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb

Fərdi
Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Titullu paracüdoçu Bakıdakı dünya çempionatında iştirak edəcək

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır