Azərbaycan millisinin baş məşqçisi: Turnirdə uduzmaq o qədər də önəmli deyil

Azərbaycan millisinin baş məşqçisi: Turnirdə uduzmaq o qədər də önəmli deyil

Turnirdə uduzmaq o qədər də önəmli deyil.

Bu sözləri "Report"a açıqlamasında Azərbaycanın minifutbol yığmasının baş məşqçisi Elşad Quliyev Monteneqroda təşkil olunan beynəlxalq turnirdə keçirdikləri iki oyunla bağlı danışarkən bildirib.

"Bizim üçün əsas məsələ təlim-məşq toplanışıdır. Fikrimiz odur ki, gətirdiyimiz futbolçuların hamısından maksimum istifadə edək. Kimin fiziki və ya taktiki durumunun hansı vəziyyətdə olması maraqlıdır. Rəqibləri məğlub etmək və ya onlara uduzmaq o qədər də önəmli deyil. Hələ futbolçuların tapşırıqlarımızı nə dərəcədə yerinə yetirə bildiyini görmək istəyirik. Avropa çempionatına qədər hələ bir ay vaxtımız var. Çalışacağıq ki, bu müddət ərzində, yoldaşlıq matçlarında çatışmayan cəhətlərimizin üzərində işləyək. Avropa çempionatına daha hazır vəziyyətdə getmək fikrimiz var. Rəqiblərin Rumıniya, Bosniya və Herseqovina, yaxud Monteneqro olmasının heç bir fərqi yoxdur. Komandamızın durumunu fikirləşirik. Hər futbolçuya şans veririk", - deyə mütəxəssis vurğulayıb.

E.Quliyev Avropa çempionatına qədər heyətdə dəyişiklik olub-olmayacağı ilə bağlı sualı cavablandırıb: "Toplanış bitəndən sonra oyunlara baxıb qərar verəcəyik".

Mütəxəssis qarşıdan gələn Monteneqro ilə oyun haqda danışıb: "Zəif rəqib yoxdur, Monteneqro inkişaf edən komandalardan biridir. Bizi yaxşı oyun gözləyir".

Qeyd edək ki, millimiz beynəlxalq turnirdə iki oyun keçirib. Əvvəlcə dünya çempionu Rumıniyaya 0:1 hesabı ilə məğlub olan komanda ikinci görüşdə Bosniya və Herseqovinanı üstələyib - 6:0. Yığma bu gün Monteneqro ilə münasibətləri aydınlaşdıracaq.

Futbol
Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Futbol
Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Futbol
"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

Futbol
La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
"Neftçi"nin futbolçusu əməliyyat olunub

"Neftçi"nin futbolçusu əməliyyat olunub

Futbol
"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

Futbol
Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Karyerasını bitirdiyini açıqlayan Pike yenidən “Barselona”nın iştirak ərizəsinə salınıb

Futbol
Dünya və qitə çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Dünya və qitə çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb