"Qarabağ"ın kapitanı: Qurban Qurbanovdan heç vaxt qorxmamışam, hörmət etmişəm

"Qarabağ"ın kapitanı: Qurban Qurbanovdan heç vaxt qorxmamışam, hörmət etmişəm

Ondan heç vaxt qorxmamışam, ancaq hörmət etmişəm.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev "Metaratings" nəşrinə müsahibəsində "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov haqqında danışarkən deyib.

34 yaşlı müdafiəçi 2008-ci ildə Qurbanovun Ağdam təmsilçisinə gəlişini xatırlayıb: "Mən gənc və ehtiyatsız idim. O, "Qarabağ"a gələndə ilk addımlarımızı birlikdə atdıq. Çünki məşqçilik karyerasına yeni başlamışdı. Yaxşı və pis vaxtlarımız olub. Amma həmişə birlikdə olmuşuq. Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirəm. Başa düşürdü ki, qanım qaynayır, meydanda və meydandan kənarda çox səhvlər etdim. Həm də bəzi problemlərim olanda belə, həmişə onunla məsləhətləşmişəm".

Medvedevin sözlərinə görə, Qurban Qurbanov həmişə onun problemlərinin həllini tapmağa çalışıb: "Çünki o, özümü meydanda nə qədər çətinə saldığımı və uduzmağı sevmədiyimi başa düşürdü. Demək olar ki, bütün karyeramızı birlikdə yaşayırıq və nailiyyətlərimizi birlikdə əldə edirik".

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"ın əsas komandasındadır.

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

"Qarabağ" - "Olimpiakos" oyunu başlayıb

Futbol
"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

Futbol
Arda Turan karyerasını bitirib

Arda Turan karyerasını bitirib

Futbol
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Futbol
Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldu yenidən komanda yoldaşı ola bilərlər

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

Futbol
"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Futbol
Pelenin son durumu açıqlanıb

Pelenin son durumu açıqlanıb

Futbol
Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb

Ermənistan Futbol Federasiyasının keçmiş rəhbərinə cinayət işi açılıb