AFFA rəsmisi: Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq

AFFA rəsmisi: Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq

Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq.

Bunu "QELEBE.AZ"a açıqlamasında AFFA-nın əməkdaşı, məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov Azərbaycan Premyer Liqasının 4-cü - sonuncu dövrəsi ilə bağlı danışarkən bildirib.

51 yaşlı mütəxəssis son dövrənin rəqabətli keçəcəyini düşünür: "Dördüncü dövrədə "Qarabağ" istisna olmaqla, digər klublar arasında gərgin rəqabət yaşanacaq. Xal baxımından bir-birlərinə çox yaxındırlar. Altıncı pillədə qərarlaşan "Səbail"in 37 xalı var və 2-ci yerdən 3 xal geri qalır. "Neftçi", "Sabah", "Zirə" və "Sumqayıt"ın medal qazanmaq şansları var. Son oyunlarda "Sabah" ilə "Neftçi" inamlı təsir bağışlayıblar. Sadəcə, çempionatın əvvəlində itirdikləri xallara görə "Qarabağ"la mübarizə apara bilmirlər. "Zirə" də bu rəqabətin içindədir. Avrokuboklara vəsiqə və medallar uğrunda əsas mübarizə bu 3 komanda arasında gedəcək".

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı "Qəbələ"nin Premyer Liqanı tərk edib-etməyəcəyi ilə bağlı məsələyə də toxunub: "Bəlkə də qış fasiləsinə qədər mənə desəydilər ki, "Qəbələ" Premyer Liqanı tərk edəcək, buna inanmazdım. Mənim kimi bir çoxları bununla razılaşmazdılar. Doğrusu, bu uğursuzluğun çalarları görünürdü. Transferlərin uyğunsuzluğu onların bu duruma düşmələrinə səbəb oldu. "Kəpəz"in güclənməsi yekunda "Qəbələ"ni çempionatın autsayderinə çevirdi. Onlar bu yerə layiq deyil. Amma oyun üslublarına görə danışsaq, mövsümü axırıncı yerdə başa vuracaqları aşkar görünür. 11 xallıq fərqi son turlarda aradan qaldırmaları çox çətin olacaq. Çünki "Kəpəz" adi motivasiya ilə oyunlara çıxan komanda deyil. Bu baxımdan turniri sonuncu yerdə "Qəbələ" başa vuracaq".

A.Kərimov "Qarabağ"ın Azərbaycan Premyer Liqasında rəqabətlə üzləşməməsini şərh edib: "Təbii ki, böyük xal fərqinin olması nəinki "Qarabağ"a, bütün klublarımıza mənfi təsir edir. Komandalar yüksək intensivlikdə, səviyyədə oyunlar keçirmirlər. "Qarabağ" Avropada rəqabətli oyunlarının sayını artırıb. Daxili çempionatdakı rəqabətsizlik mühitində böyük məbləğə oyunçu almaq da çətin olur. Digər klublarımız yalnız öz aralarında mübarizə aparırlar. "Qarabağ" kimi komanda yaratmaq üçün vaxt lazımdır, amma bu o qədər də çətin deyil. Düzgün istiqamət götürülsə, bunun öhdəsindən gəlmək mümkün olar".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə bu gün keçiriləcək 2 oyunla start veriləcək. Saat 16:30-da "Qəbələ" doğma meydanda "Neftçi"ni, 19:00-da isə "Kəpəz" Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ı sınağa çəkəcək.

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

Futbol
"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

"Qarabağ"ın hücumçusu Macarıstan klubu ilə 2 illik müqavilə imzalayıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Futbol
Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Futbol
Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Futbol
Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"

Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"