Azərbaycan millisinin futbolçusu: Öz üzərimizdə çox işləməliyik

Azərbaycan millisinin futbolçusu: Öz üzərimizdə çox işləməliyik

Belə rəqiblərə qarşı oyunlar bizim üçün böyük təcrübədi. Öz üzərimizdə çox işləməliyik.

Bu sözləri "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Seymur Məmmədov İngiltərə (1:5) və Ukraynaya (0:3) uduzduqları Avropa çempionatının seçmə mərhələ matçları barədə danışarkən deyib.

Hər iki görüşdə 90 dəqiqə meydanda olan müdafiəçi qarşılaşmaların ağır keçdiyini bildirib: "Rəqiblərin gücü bəlli idi. Ukrayna əbəs yerə qrup lideri deyil. Hər iki komandanın həm zəif, həm də güclü tərəflərini təhlil etmişdik. Belə oyunlarda ani boşluq verəndə qarşındakı yığmalar tez istifadə edirlər".

Məmmədov hər iki matçda qol imkanlarının olduğunu, lakin yararlana bilmədiklərini vurğulayıb: "Daha 4 görüşümüz var. Onlardan biri evdə, üçü səfərdə olacaq. Azarkeşləri və xalqımızı bu oyunlarda sevindirmək niyyətindəyik".

U-21-in digər üzvü Camal Cəfərov matçların maraqlı keçdiyini söyləyib: "Çox təcrübə topladıq. Səhvlərimizin üzərində işləyəcəyik və növbəti matçlara köklənəcəyik. Növbəti 4 görüşün hər birində əlimizdən gələni edəcəyik və qələbə üçün oynayacağıq".

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Futbol
Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

Futbol
Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Futbol
"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi