Azərbaycan millisinin sabiq futbolçusu minifutbol yığmasında oynamaq istəyir

Azərbaycan millisinin sabiq futbolçusu minifutbol yığmasında oynamaq istəyir

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov minifutbol yığmasında oynamaq istəyir.

Bunu “QELEBE.AZ”a açıqlamasında 39 yaşlı müdafiəçi bildirib.

Minifutbol üzrə Azərbaycan çempionatında çıxış edən “İnter” komandasının formasını geyinən Əmircanov yaşının çoxluğunun buna mane olmadığını düşünür: “Minifutbol millisinə düşmək üçün yaşın fərqi yoxdur. Gücün varsa, istənilən vaxt təklif gözləyə bilərsən. Əsas odur ki, daim formada olasan. Azərbaycan millisinin formasını geyinmək böyük şərəf olar”.

II Liqada çıxış edən “Cəbrayıl” klubu ilə anlaşan oyunçu yenidən böyük futbola qayıtdığı üçün sevincli olduğunu bildirib: “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynovla minifutbolda çıxış edən “İnter” komandasında bir yerdə oynayırıq. Ona dedim ki, özümdə futbola qayıtmaq gücünü hiss edirəm. Futboldan ötrü darıxdığıma görə istənilən komandada təmənnasız oynamağa hazır idim. Sonra Cavid müəllim dedi ki, “Cəbrayıl”ın mənim kimi təcrübəli oyunçuya ehtiyacı var. Mən də razılaşdım. İlk oyunumda “Qusar”a (2:3) məğlub olsaq da, “Cəbrayıl”ın yaxşı kollektivi var. Yenidən böyük meydanda oynamaq gözəl hiss idi. Bu çempionatın oyunlarına da azarkeş marağı böyükdür. Komandanın hədəfi isə I Liqaya vəsiqə qazanmaqdır”.

O, minifutbolla böyük futbol arasında fərqləri də izah edib: “Hər adam minifutbolda baş aça bilmir. Çünki orada meydança balaca olduğu üçün tez qərar verməlisən. Topla rəftarı zəif olan şəxs minifutbolda oynaya bilməz. Minifutbolda çıxış edənlərin çoxunun texnikası yüksəkdir. Ancaq digər tərəfdən minifutbolda olanların da heç də hamısı böyük futbolda oynaya bilməz. Meydan böyükdür, daha çox qaçmalısan. Minifutboldan böyük futbola keçid daha çətindir”.

Ruslan Əmircanov eyni anda həm “Cəbrayıl”da, həm də “İnter”də oynamağın çətinlik törətməyəcəyini vurğulayıb: “Cəbrayıl”la “İnter”in oyunları üst-üstə düşmür. Bu baxımdan problem olmur”.

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

Futbol
Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Futbol
"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Futbol
“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

“Qarabağ”ın Avropa Liqasındakı mövqeyi açıqlanıb

Futbol
Qətər komandası Dünya Çempionatını tərk edib

Qətər komandası Dünya Çempionatını tərk edib

Futbol
Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb

Klub turnirlərində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Futbol
İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

İlin 9 ayı ərzində çempionatlarda ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Canni De Byazi: "Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərik"

Futbol
Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib